“Bu Azərbaycan xalqının öz tarixinə olan ehtiramının ifadəsidir”
Tarix: 19.09.2014 | Saat: 16:23:00 | E-mail | Çapa göndər


MDB ölkələri arasında sənaye təhlükəsizliyi sahəsində təcrübə mübadiləsi çox vacibdir.
Bu sözləri Rusiya Federasiyası Ekoloji, Texnoloji və Atom Nəzarəti üzrə Federal Xidmətinin rəhbəri, MDB ölkələrinin sənayedə təhlükəsizlik üzrə Dövlətlərarası Şurasının sentyabrın 16-17-də Naxçıvan Muxtar Respublikasında keçirilmiş XII iclasının iştirakçısı Aleksey Alyoşin deyib.
A.Alyoşin bildirib ki, işgüzar şəraitdə keçən iclas uğurla yekunlaşdı. Biz bütün vacib məsələləri müzakirə etdik. Həmin məsələlərə dair əhəmiyyətli qərarlar qəbul olundu. Ən əsası isə yaxın vaxtlarda müzakirəyə çıxaracağımız digər məsələləri də müəyyənləşdirdik. Düşünürəm ki, sənaye təhlükəsizliyi sahəsində təcrübə mübadiləsi çox vacibdir. Çünki bu, gələcəkdə insan ölümlərinin qarşısının alınmasında əhəmiyyətli rol oynayacaqdır.
İclasın Naxçıvanda keçirilməsinin əhəmiyyətini vurğulayan
A.Alyoşin qeyd edib ki, biz çox qədim tarixə malik olan muxtar respublika ilə tanış olmaq, onun tarixi barədə ətraflı məlumat əldə etmək imkanı qazandıq. Naxçıvan şəhərinin tarixi-memarlıq abidələrinin, Naxçıvan Dövlət Xalça Muzeyinin, “Xan Sarayı” Dövlət Tarix-Memarlıq Muzeyinin, Möminə Xatun türbəsinin, “Naxçıvanqala” Dövlət Tarix-Memarlıq Kompleksinin hər kəsi valeh etdiyini bildirən Rusiya nümayəndəsi deyib: “Yurdunuzun çox qədim tarixi olduğunu öyrəndik. Tarixi abidələrinizi qoruyub saxlamağınız, onu ən müasir metodlarla bərpa etməyiniz yüksək qiymətə, hörmətə layiqdir. Bu da xalqın öz tarixinə olan ehtiramının ifadəsidir”.
A.Alyoşin onu da əlavə edib ki, Naxçıvan çox gözəl, abad, xüsusən təmiz, yaşıllıqlarla əhatə olunmuş bir şəhərdir. Buna görə də bu möhtəşəm diyarı həmişə böyük ehtiramla xatırlayacağam.
Tural




 
Bölməyə aid digər xəbərlər
16.01.2019
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində ötən ilin yekunları müzakirə edilib
16.01.2019
Baş prokurorun Şamaxıda vətəndaşlarla görüşünün vaxtı dəyişdirilib
16.01.2019
SOCAR: Hava şəraitinin kəskinləşməsi ilə əlaqədar 2500-dək neftçi təxliyyə olunub
16.01.2019
Hərbi hissələrdə təhlükəsizlik tədbirləri görülüb
16.01.2019
“Azəriqaz” hava şəraitinin kəskin dəyişəcəyi ilə əlaqədar gücləndirilmiş iş rejiminə keçir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10562

1 Xocalı tarixi və mədəniyyəti
2 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
3 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
4 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir
5 Çingiz Bayramov: “Azərbaycan bölgənin inkişaf etmiş ölkəsinə çevrilib”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info