Heydər Əliyev Fondu Afinada Azərbaycan mədəniyyəti günləri keçirəcək
Tarix: 19.09.2014 | Saat: 16:44:00 | E-mail | Çapa göndər


Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Afinada Azərbaycan mədəniyyəti günləri keçiriləcək.
Fonddan verilən məlumata görə, sentyabrın 27-28-də təşkil olunacaq tədbirlər çərçivəsində Azərbaycanın tarixi-mədəni irsinin təbliği, iki ölkə arasında əlaqələrin genişləndirilməsi məqsədi ilə proqramlar təqdim ediləcək.
Mədəniyyət günləri çərçivəsində “Bakı 2015” Birinci Avropa Oyunları ilə bağlı təqdimat, Bakının Avropa Oyunlarına hazırlıqlarını əks etdirən filmin nümayişi, Azərbaycan Dövlət Simfonik Orkestri və Dövlət Rəqs Ansamblının çıxışı olacaq.
Həmçinin Heydər Əliyev Fondu, Azərbaycanın Yunanıstandakı səfirliyi və Yunanıstanın Marianna V.Vardinoyannis Fondunun birgə təşkilatçılığı ilə bu ölkədə təhsilə dəstək layihəsinə yardım üçün xeyriyyə konserti keçiriləcək. Artıq Afina ölkəmizi tərənnüm edən banerlərlə bəzədilib, eləcə də şəhər küçələrindəki monitorlarda müxtəlif video çarxlar nümayiş etdirilir.
Xatırladaq ki, Heydər Əliyev Fondu ölkələr və xalqlar arasında əlaqələrin genişləndirilməsi, Azərbaycanın təbliği məqsədi ilə bu günədək Rusiya, Almaniya, Fransa, İtaliya, Yunanıstan və digər ölkələrdə bir sıra tədbirlər, müxtəlif layihələr həyata keçirib.
Tural




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Bu il Azərbaycana 193 ölkədən 1,9 milyon əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib
18.09.2018
Ağsuda dini ayinlərin qanunazidd icrası faktı aşkarlanıb
18.09.2018
Aeroportda mülki pilotsuz aparatların uçuşlarına Vahid Nəzarət Mərkəzi yaradılır
18.09.2018
Təhlükəsiz avtomobil idarəetmə mövzusunda dəyirmi masa
18.09.2018
“Maarifləndirici tədbirlərin nəticəsi olacaq”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10117

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
3 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
4 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info