Obama Ukraynaya “yox” dedi
Tarix: 19.09.2014 | Saat: 16:47:00 | E-mail | Çapa göndər


ABŞ prezidenti Ukraynaya NATO-dan kənar xüsusi müttəfiq statusu verməkdən imtina edib.
“RİA Novosti”nin verdiyi xəbərə görə, bu barədə Ukrayna prezidenti Pyotr Poroşenko CNN telekanalına müsahibəsində bildirib.
Xəbər verildiyi kimi, Poroşenko ABŞ Konqresində çıxışı zamanı Amerikadan Ukraynaya NATO-dan kənar təhlükəsizlik üzrə xüsusi müttəfiq statusunun verilməsini xahiş edib: “Mən ABŞ-dan, Ukrayna NATO-nun üzvü olmasa belə, ölkəyə xüsusi müttəfiq statusunun verilməsini xahiş edirəm”, deyə Poroşenko bildirib.
CNN müxbirinin Obamanın Ukraynaya istənilən statusun verib-vermədiyi barədə sualına Poroşenko cavabında deyib: “Obama bizdə artıq xüsusi statusun olduğunu qeyd edərək, “yox” dedi”.
Ukrayna prezidenti bildirib ki, onun fikrincə, ABŞ və Ukrayna arasında əməkdaşlığın səviyyəsi bu gün onun arzuladığından xeyli yüksəkdir və hətta, NATO-dan kənar xüsusi müttəfiq statusunun nəzərdə tutduğu səviyyədən belə yüksəkdir.
Tural




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”
21.09.2018
“Jamanak“: «KTMT İrəvanın bu təşkilatdan ümid gözləməməsini bəyan edir»
20.09.2018
Moldovada Dnestryanı bölgə ilə bağlı referendum keçiriləcək
20.09.2018
Sevak Akobyan: ”Hakimiyyət KİV-ə təzyiqi artıracaq”
20.09.2018
Tevos Arşakyan: ”Paşinyan boş-boş danışmaqla məşğuldur”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10131

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info