“Bütün dünya, o cümlədən İsrail üçün Azərbaycanda hökm sürən tolerantlıq nümunə ola bilər”
Tarix: 19.09.2014 | Saat: 16:51:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikasının Vaşinqtondakı səfirliyi və İsrailin Azərbaycandakı səfirliyinin ABŞ-da birgə proqramı davam edir.
Azərbaycanın ABŞ-dakı səfirliyindən verilən məlumata görə, hazırda ABŞ-da səfərdə olan İsrailin Azərbaycandakı səfiri Rafael Harpaz və Azərbaycan səfirliyinin müşaviri Məmməd Talıbov Vaşinqton və ABŞ-ın tarixi paytaxtı olan və Amerika tarixində xüsusi əhəmiyyət təşkil edən Filadelfiya şəhərlərində İsrail-Azərbaycan münasibətlərindən bəhs edən bir sıra birgə tədbirlərdə iştirak ediblər. Qeyd edilməlidir ki, Filadelfiya şəhəri çoxsaylı və nüfuzlu yəhudi icması ilə seçilir və bu şəhərdə İsrail Dövlətinin Baş Konsulluğu fəaliyyət göstərir.
İsrail səfiri və Azərbaycan diplomatı Vaşinqtonda yerləşən tanınmış Amerika Universitetində həmin təhsil ocağının İsrail Mərkəzi tərəfindən təşkil olunmuş seminarda, nüfuzlu Amerika Yəhudi Komitəsi (AJC), Yəhudi Respublikaçılar Koalisiyası (RJC) və ACCESS Gənc Peşəkarlar təşkilatı tərəfindən təşkil olunmuş konfransda, həmçinin AJC Filadelfiya Rəyasət heyəti və bundan əlavə AJC gənc rusdilli liderlər (AJC Russian young leadership) qarşısında çıxış ediblər, həmçinin İsrail-Azərbaycan münasibətləri, regionda cərəyan edən hadisələr və ABŞ ilə əməkdaşlıq haqqında çoxsaylı sualları cavablandırıblar.
Natiqlər çıxışlarında İsrail və Azərbaycan xalqları və ölkələrimiz arasında uzun illər davam edən dostluq münasibətləri və tədricən inkişaf edən qarşılıqlı faydalı əməkdaşlıq haqqında danışıblar. Onlar möhkəm bünövrəyə malik olan bu münasibətlərin bir çox aspektlər baxımından nümunəvi xarakter daşıdığını qeyd edib, münasibətlərin yüksələn xətlə davam etməsinə toxunub və o cümlədən, iki ölkənin rəhbər rəsmilərinin qarşılıqlı səfərlərinin bu prosesə verdiyi töhfəni qeyd ediblər. Bu kontekstdə, İsrail müdafiə nazirinin bir neçə gün əvvəl ölkəmizə etdiyi tarixi səfər qeyd olunub.
Səfir Rafael Harpaz Azərbaycan cəmiyyətində anti-semitizmin “sıfır səviyyəsində” olduğunu, burada yəhudi icmasının çox sərbəst və təhlükəsiz şəraitdə yaşadığının Azərbaycanda işlədiyi müddət zamanı demək olar ki hər gün şəxsən şahidi olduğunu bəyan edərək, qeyd edib ki, “bütün dünya və, o cümlədən İsrail üçün Azərbaycanda hökm sürən tolerantlıq nümunə ola bilər”. O, Azərbaycan cəmiyyətində tarixi kökləri olan tolerantlıq ənənəsinin davam etməsi və inkişafında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin rolunu xüsusilə qeyd etmiş, həmçinin həmin siyasətin Prezident İlham Əliyev tərəfindən davam etdirilməsinin Azərbaycan cəmiyyətində dəstəkləndiyini vurğulayıb.
Tədbirlər zamanı natiqlərin çıxışları böyük maraqla qarşılanıb.
Tədbirlərə qatılanlar, o cümlədən Amerika yəhudi icmasının aparıcı üzvləri, akademik dairələrin təmsilçiləri və s. dünyada və xüsusilə Yaxın Şərq regionunda cərəyan edən hadisələri nəzərə alaraq Azərbaycan və İsrail diplomatlarının bu təşəbbüsünün təqdirəlayiq və çox aktual olduğunu vurğulayıblar.
Hazırda səfirliklərin birgə proqramı Nyu-York şəhərində davam edir
Tural




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
İN: Qondarma qurumun ABŞ ərazisində təşviqi bu ölkənin Minsk qrupunun həmsədri kimi öhdəlikləri ilə ziddiyyət təşkil edir
17.11.2018
ATƏT-in Minsk qrupu işğalçı Ermənistana təzyiq göstərmək üçün bütün alətlərdən maksimum istifadə etməlidir
17.11.2018
Ermənistan Belarus və Qazaxıstanla KTMT-də müttəfiq dövlət olmasına baxmayaraq, ciddi tərəfdaş kimi qəbul olunmur
17.11.2018
Rəsmi Bakı: Belə qərəzli addımlar Fransanın Minsk qrupunun həmsədri kimi üzərinə götürdüyü öhdəliklərlə bir araya sığmır
17.11.2018
Fransalı deputatların Saakyanla mümkün görüşü Fransanın ATƏT-in Minsk qrupunun həmsədri kimi statusuna zidd olacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info