“Avropa Parlamentinin bəzi üzvlərinin düşündüyü formada Azərbaycana təsir göstərmək mümkün deyil”
Tarix: 19.09.2014 | Saat: 18:27:00 | E-mail | Çapa göndər


YAP-ın Sədr müavini-İcra katibi Əli Əhmədov Avropa Parlamentinin Azərbaycanda insan hüquqlarına dair qəbul etdiyi qətnamənin qərəzli və qeyri-obyektiv olduğunu bildirib.
Ə.Əhmədov təəssüf hissi ilə bildirib ki, Avropanın bu nüfuzlu orqanı qurumun bəzi deputatlarının dar məqsədlər güdən təşəbbüsünü dəstəkləmək kimi səhv yol tutub: "Son illərdə Azərbaycanın sürətli inkişafı, insanların rifahının yaxşılaşması, fundamental hüquq və azadlıqlarının qorunması Avropa Parlamentinin hər bir üzvünə yaxşı məlumdur. Onların böyük bir hissəsi dəfələrlə Azərbaycanda olublar. Avropa parlamentarilərinə yaxşı məlum olan digər həqiqət isə Ermənistanın təcavüzü nəticəsində yüz minlərlə azərbaycanlı qaçqın və məcburi köçkünün kütləvi surətdə pozulan hüquqlarıdır. Təəssüf ki, onların hüquqlarının qorunması, öz doğma yurd-yuvalarına qayıtması barədə qətnamə müəllifləri hər hansı tələb irəli sürmür. 20 ildən yuxarı bir milyona yaxın insanın kütləvi surətdə pozulmuş hüquqlarına biganə qalan təşkilatın həqiqətə uyğun olmayan, mahiyyəti təhrif edilmiş faktlar əsasında Azərbaycana qarşı ittihamlar irəli sürməsini ədalətsizlik hesab edirəm. Hüquqi anlayışlar heç zaman siyasi anlayışlara, ələlxüsus siyasi konyukturaya qurban verilməməlidir”.
Ə. Əhmədov bu qətnaməni şərh edərkən bildirib ki, Azərbaycan müxtəlif layihələr üzrə Avropa İttifaqı ilə əməkdaşlıq edir: "Lakin bu əməkdaşlıq Avropa Parlamentinə əsassız olaraq Azərbaycana ittihamlar irəli sürməyə mənəvi haqq vermir. Azərbaycan müstəqil dövlətdir və öz taleyini özü həll etmək haqqına sahibdir. Avropa Parlamentinin bəzi üzvlərinin düşündüyü formada Azərbaycana təsir göstərmək, onun daxili işlərinə qarışmaq mümkün deyil.
Tural




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Azərbaycanda gördüklərim məndə xoş təəssüratlar yaratdı
22.09.2018
Azərbaycan ilə İordaniya dost və qardaş ölkələrdir
22.09.2018
Azərbaycan-Rusiya parlamentlərarası əlaqələri yüksək səviyyədədir
22.09.2018
İsveçrə və Azərbaycan arasında çox yaxşı əlaqələr mövcuddur
21.09.2018
Yıldırım: “Azərbaycanı vətənim kimi qəbul edirəm“

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10132

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 Yalnızlıq qorxusu


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info