Ombudsman Aparatının nümayəndələri istintaq təcridxanasında olublar
Tarix: 19.09.2014 | Saat: 18:29:00 | E-mail | Çapa göndər


Ombudsman Elmira Süleymanovanın tapşırığına əsasən Milli Preventiv Qrupun (MPQ) üzvləri Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq (İT) təcridxanasında araşdırma aparıblar.
Bu barədə Ombudsman Aparatının mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, araşdırmada məqsəd bəzi vətəndaş cəmiyyəti nümayəndələrinin Leyla Yunusovanın təcridxanada saxlanma şəraiti və rəftar ilə bağlı Müvəkkilin ünvanına daxil olan məlumatların araşdırılması olub.
Qeyd edilib ki, L. Yunusovanın saxlandığı kameraya baxış keçirilib, onunla bir yerdə saxlanılan digər 5 qadınla təklikdə görüş olub.
Baxış zamanı kameranın şəraitinin standartlara uyğun olduğu, sanitar qovşaq istisna olmaqla, adambaşına 4.3 kvadratmetr sahə düşdüyü, sanitariya qaydalarına riayət edildiyi, kameraya aid gəzinti yerinin (üstü açıq) səhər saat 10:00-dan axşam saat 17:00-dək açıq olduğu, digər vaxtlarda isə pəncərəni açmaqla otağın havasının dəyişdirildiyi müəyyən edilib.
Adlarının mətbuatda çəkilməsini istəməyən həmin təqsirləndirilən şəxslər saxlanma şəraiti və rəftardan şikayət etməyiblər. Təqsirləndirilən şəxslərdən N. H bəzi kütləvi informasiya vasitələrində onun adının çəkilməsi və cəmiyyətə mənfi xarakterli insan kimi təqdim edilməsinə etiraz edərək, bunun yolverilməz olduğunu bildirib, ümumiyyətlə, siqaret çəkmədiyini söyləyib.
L. Yunusova və kamerada olan 3 nəfər digər 2 şəxsin siqaret çəkməsinin onlara narahatlıq yaratmadığını bildiriblər.
Həmin şəxslər L. Yunusova ilə N.H arasında narazılığın olduğunu bildirsələr də, onlardan birinin digərinə xəsarət yetirməsinin şahidi olmadıqlarını söyləyiblər.
Leyla Yunusovanın əvvəllər məhkum olunmuş qadınla bir yerdə saxlanılması ilə bağlı qaldırdığı məsələ yerində araşdırılan zaman məlum olub ki, İstintaq təcridxanasının bir korpusunda aparılan təmir işləri ilə bağlı müvəqqəti sıxlıq yarandığından yerdəyişmə məsələlərində çətinlik yaranıb.
Araşdırmanın nəticələri ilə bağlı Ədliyyə Nazirliyinə müraciət ediləcək.

Fuad




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
“Bakcell” “ASAN Məktub”dan təşəkkürnamə alıb
21.11.2018
Türkcə “Vikipediya”da Azərbaycanla bağlı məqalələrin yaradılması prosesi sürətlənir
21.11.2018
Sərhəd idarəçiliyi üzrə potensialın gücləndirilməsi istiqamətində görülən tədbirlər müzakirə edilib
21.11.2018
Bakıda Azərbaycan-Qazaxıstan Gənclərinin Forumu işə başlayıb
21.11.2018
YAP-ın yaranmasının 26 illiyi ilə əlaqədar Pirallahıda tədbir keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi
5 Abel Məhərrəmov BDU-nun rektoru vəzifəsindən azad edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info