Ulu öndərin irsi Slavyan ölkələrində təbliğ olunacaq
Tarix: 19.09.2014 | Saat: 20:11:00 | E-mail | Çapa göndər


Toğrul Allahverdili: “Əsas məqsədimiz ulu öndər Heydər Əliyev irsinin dünyada tanıdılmasıdır”
“Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası” (ASGA) İctimai Birliyi Rusiyada “Azərbaycan müstəqilliyinin qazanılmasında və möhkəmləndirilməsində Heydər Əliyevin rolu” mövzusunda yeni layihəyə başlayıb. Müsabiqə-müzakirə formatında təşkil olunacaq layihənin müddəti bir aydır. Bu barədə qəzetimizə məlumat verən ASGA-nın Rusiya nümayəndəliyinin sədri Toğrul Allahverdili layihənin əsas məqsədinin ulu öndər Heydər Əliyev irsinin dünyada tanıdılması, təbliğ edilməsindən ibarət olduğunu deyib.
T.Allahverdili bu istiqamətdə bütün Slavyan ölkələrində eyni formatlı layihələr reallaşdırmaq niyyətində olduqlarını bildirib: “Rusiyada bu istiqamətdə çox böyük işlər görülüb və görülməkdədir. Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının sədri Leyla Əliyevanın fəaliyyəti hər bir QHT üçün örnək olmalıdır. Biz də öz növbəmizdə bu istiqamətdə aparılan işlərdə daha yaxından iştirak etmək niyyətindəyik.”
Layihə təşkilatçıları Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının Rusiya Nümayəndəliyi, Ümumrusiya Azərbaycanlılarının Konqresi və Azərbaycan Mədəniyyətinin İnkişafı və İntibahı Fondudur. Layihənin koordinatoru Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının Rusiya Nümayəndəliyinin rəhbəri Toğrul Allahverdilidir. Layihənin bir ay ərzində reallaşması nəzərdə tutulub. 15-30 yaşarası müxtəlif universitetlərdə təhsil alan gənclər 10 oktyabr 2014-cü il tarixədək öz qeyd olunan mövzuda öz yazılarını aasm.post@mail.ru ünvanına (Tel.: +7(925)445-86-43) göndərməlidirlər. Nəticələr 15 oktyabr 2014-cü il tarixdə Moskva Millətlər Evində keçirələcək bağlanış mərasimində qeyd olunacaq. Qalibləri müxtəlif diplomlar və hədiyyələr gözləyir.

Fuad




 
Bölməyə aid digər xəbərlər
26.09.2018
Neftçalanın Ərəbqardaşbəyli kəndinə təbii qaz verilib
26.09.2018
AccessBank taksi xidmətləri üzrə tender elan edir
25.09.2018
Mərkəzi Klinikanın həkimləri vətəndaşları ödənişsiz müayinə edəcəklər
25.09.2018
Məcburi köçkünlərlə növbəti görüş keçirilib
25.09.2018
Qəbələdə 8 yaşayış məntəqəsinin yolunun yenidən qurulması yekunlaşır

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10147

1 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
2 Yalnızlıq qorxusu
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info