“Yardımlı rayonunda məktəbin gigiyenik şəraitinin yaxşılaşdırılması” layihəsi başa çatıb
Tarix: 19.09.2014 | Saat: 20:19:00 | E-mail | Çapa göndər


Sentyabrın 19-da Yardımlı şəhərindəki 1 nömrəli tam orta məktəbdə “Yardımlı rayonunda məktəbin gigiyenik şəraitinin yaxşılaşdırılması” layihəsinin başa çatması münasibətilə mərasim keçirilib.
AzərTAc xəbər verir ki, Yaponiya hökumətinin “Ot kökləri və insan təhlükəsizliyi” qrant yardımı proqramı çərçivəsində həyata keçirilən layihənin məqsədi Yardımlı şəhər 1 nömrəli və Köryədi kənd tam orta məktəblərində yeni sanitar qovşağı tikməklə şagird və müəllimlər üçün gigiyenik şəraiti yaxşılaşdırmaqdır.
Yaponiyanın Azərbaycandakı səfirliyinin UNİCEF, “Kolqeyt-Palmolive” şirkəti, yerli icra hakimiyyəti və yerli QHT ilə birgə həyata keçirdiyi layihənin ümumi məbləği 120 min 850 ABŞ dolları təşkil edir.
Mərasimdə çıxış edən “Yerli İdarəetməyə Yardım” İctimai Birliyinin sədri Vüsal Mirzəyev, UNİCEF-in Azərbaycandakı nümayəndəsi Andro Shilakadze, “Golgete-Palmalive” şirkətinin nümayəndəsi Tərlan Hüseynov birgə əməkdaşlıq nəticəsində həyata keçirilən layihənin icrası barədə məlumat veriblər.
Yaponiyanın Azərbaycandakı səfiri Tsuquo Takahaşi layihənin başa çatması ilə bağlı tərəfdaşları təbrik etdi. Yaponiyanın da Yardımlı rayonu kimi dağlıq ərazidə yerləşdiyini diqqətə çatdıran diplomat bu diyarın təbii gözəlliyindən zövq aldığını, bir daha buraya səfərə gələcəyinə ümid etdiyini bildirib. Tsuquo Takahaşi səfirliyin Azərbaycan xalqının gündəlik həyatlarının yaxşılaşdırılmasına töhfəsini davam etdirəcəyini, Yaponiya ilə Azərbaycan arasında ikitərəfli əlaqələrin möhkəmləndirilməsi istiqamətində səylərini daha da artıracağını söyləyib.
Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov ölkəmizdə yerli əhəmiyyətli sosial layihələrin həyata keçirilməsinə verilən dəstəyə görə Yaponiya hökumətinə minnətdarlığını bildirib.
Mərasim iştirakçıları hər iki məktəbdə inşa edilmiş sanitar qovşaqları ilə tanış olduqdan sonra rayon idmançılarının yapon idman növləri üzrə nümunəvi çıxışlarına baxıblar.




 
Bölməyə aid digər xəbərlər
16.06.2019
Sabah Azərbaycanda 38 dərəcəyə qədər isti olacaq
16.06.2019
Ağdamda şəhid Səyyaf Məmmədovun xatirəsi anılıb
15.06.2019
15 iyun - Müstəqilliyimizi şərəfləndirən şanlı tarix
15.06.2019
Birinci vitse-prezident Mehriban Əliyeva: Əsas hədəfimiz, savadlı və müasir düşüncəli gəncliyin yetişməsidir
15.06.2019
“Azərxalça”nın filiallarında Milli Qurtuluş Günü qeyd olunub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10806

1 Naxçıvanda “Cavidşünaslıq” oncildliyinin təqdimatı olub
2 “Aa.com.tr”: “2020-ci ilə qədər Azərbaycan qazının Avropa bazarlarına çatması gözlənilir”
3 Rufiz Qonaqov: Xəzəryanı ölkələrin xalqları arasında dostluq və əməkdaşlıq platformaları əhəmiyyətlidir
4 Ermənilərin təyyarəmizi vurmaq cəhdi uğursuzluqla nəticələnib - VİDEO
5 Bakı Atatürk Liseyində məzun günü münasibəti ilə tədbir keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info