“Aftonbladet”: “Ukrayna təhlükəsizlik qüvvələri azad mətbuata zərbə vurur”
Tarix: 19.09.2014 | Saat: 20:21:00 | E-mail | Çapa göndər



İsveçin “Aftonbladet” media qurumu Ukrayna təhlükəsizlik qurumlarının, və ya “KQB”-sinin azad mətbuatı məhdudlaşdırdığını yazır: “Ən böyük Ukrayna qəzeti – rusdulli “Vesti”yə Ukrayna təlükəsizlik qüvvələri sağ meyilli ekstremistlərlə birlikdə hücum ediblər. Hücum ötən cümə axşamı baş verib. Hücum edən maskalılar Ukrayna Kəşfiyyatı rəhbəri Valentin Nalivayçenkonun imzası olan orderi göstərərək, redaksiyadakı kompüterləri, qapıları, mobil telefonları və serverləri sındırmağa, dağıtmağa başlayıblar.
Bu reydin formal əsası o olub ki, bu qəzet “Aftonbladet” qəzetinin müxbiri Miki Velikovskinin reportajını dərc edib. Bu yay Velikovski Ukrayanadakı şərq cəbhəsinə gedib, orada hər iki cəbhədə döyüşən əsgərlərdən müsahibə alıb. O, öz görüşləri barəsində “Vesti” və “Aftonbladet”də, həmçinin “Russkiy Reporter”də, “Washington Post”da yazılar yazıb. Amma Ukraynanın mövcud hakimiyyətinə görə, onun jurnalistikası milli təhlükə üçün təhdid hesab edilib.
Velikovski bildirib: “Onlar az öncə jurnalistlərə “terrorçular”dan müsahibə götürüb dərc etməyi qadağan edən qanun qəbul ediblər. Mən bu qanunu görəndən sonra bundan bir qədər şoka düşdüm. Çünki bu qanun jurnalistlərdən yalnız bir tərəfin mövqeyini işıqlandırmağı tələb edir”.
“Vesti qəzeti” 400 min nüsxə ilə çıxır. “Vesti” özünün radiosu və televiziyası ilə Ukraynada yeganə media qurumudur ki, Ukrayna prezidenti və oliqarxlara yaxın deyil.
Məhz buna görə qəzet yeganə KİV qurumdur ki, bir sıra məsələlərin üstünü açmaqla bərabər, Ukrayna Kəşfiyyatı rəhbərinin qızının ayda 300 min krondan da çox kirayə haqqı verməklə, Manhettendə apartament kirayələdiyini yazmışdı. “Vesti”nin baş redaktoru İqor Qujva təxmin edir ki, bu yazı redaksiyaya hücum üçün səbəb ola bilər. O bildirib: “Mən bilmək istəyirəm ki, bizim redaksiyamıza hücum, Ukrayna hakimiyyətinin özü üçün prioritet elan etdiyi Avropa dəyərləri ilə nə dərəcədə uzlaşır?”
Ukraynanın bu qışda formalaşmış yeni hakimiyyəti KİV üzərində nəzarəti gücləndirmək üçün intensiv addımlar atır. Qışda sağ ekstremist “Svoboda” partiyasından olan deputatlar ölkənin ən böyük kanalı olan “Ukrayna milli teleşirkəti”nə basqın etdilər”.
Bundan başqa, yazıda Ukraynanın yeni hakimiyyətinin nümayəndələrinin digər media qurumlarına təzyiqləri barədə bildirilir.

İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Moldovada Dnestryanı bölgə ilə bağlı referendum keçiriləcək
20.09.2018
Sevak Akobyan: ”Hakimiyyət KİV-ə təzyiqi artıracaq”
20.09.2018
Tevos Arşakyan: ”Paşinyan boş-boş danışmaqla məşğuldur”
19.09.2018
İnternetdə şərh yazmaq üçün qeydiyyatdan keçmək lazımdır
19.09.2018
Ərdoğan: “Türkiyə ABŞ deyil ki, burada dollardan istifadə edilsin”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info