Milo Cukanoviç “ADA” Universiteti ilə tanış olub
Tarix: 19.09.2014 | Saat: 21:50:00 | E-mail | Çapa göndər


Azərbaycanda rəsmi səfərdə olan Monteneqronun Baş naziri Milo Cukanoviç sentyabrın 19-da “ADA” Universiteti ilə tanış olub. Əvvəlcə Baş nazir universitetin tədris kompleksini gəzib.
“ADA” Universitetinin rektoru, xarici işlər nazirinin müavini Hafiz Paşayev bu ali təhsil ocağının fakültələri, ixtisasları və proqramları, o cümlədən xarici tələbələr üçün təklif edilən təqaüd proqramı haqqında məlumat verib. Rektor, həmçinin Baş naziri universitetdə təhsil alan üç monteneqrolu tələbə ilə tanış edib.
Monteneqronun Baş naziri “ADA” Universitetinin ixtisasartırma proqramının yüksək və orta vəzifəli diplomatlar üçün keçirdiyi təlimlər haqqında da ətraflı məlumatlandırılıb.
“ADA” Universitetinin dünyanın bir çox ali təhsil ocaqları ilə yaxından əməkdaşlıq etdiyini vurğulayan Hafiz Paşayev gələcəkdə bu cür əlaqələrin daha da genişləndiriləcəyini bildirib.
Sonra tələbələrlə görüşən Monteneqronun Baş naziri “ADA” Universitetində tədris prosesini yüksək qiymətləndirib, onlara uğurlar arzulayıb. Baş nazir Milo Cukanoviç yetişməkdə olan gənc nəslin Azərbaycan ilə Monteneqro arasında əlaqələrin inkişafına töhfə verəcəyinə əminliyini bildirib.
Baş nazir Milo Cukanoviç “ADA” Universitetinin yeni tədris kompleksi və kitabxanası ilə də tanış olub.
Monteneqronun Baş nazirinə “ADA” Universitetinin rəmzi medalı təqdim edilib.
Tural




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Müdafiə Sənayesi Nazirliyi ilə “ASELSAN” şirkəti arasında memorandum imzalanıb
25.09.2018
“Şahdağ” rusiyalı turistlər üçün ən yaxşı dağ-xizək kurortlarının ilk üçlüyünə daxil edilib
25.09.2018
“Bakcell“dən maraqlı aksiya və onlayn müsabiqə: DaimOnline
25.09.2018
AQTA-nın vətəndaşlara müraciəti
25.09.2018
Mübariz Qurbanlı Mingəçevirdə vətəndaşların müraciətlərini dinləyib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10145

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info