Çexiyanın Azərbaycandakı səfiri BMAM-da olub
Tarix: 19.09.2014 | Saat: 22:25:00 | E-mail | Çapa göndər


Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin sədri Rufiz Qonaqov Çexiyanın Azərbaycandakı səfiri Vitezslav Pivonka və səfirin müavini Petr Vagner ilə görüşüb. Görüşdə BMAM sədri Rufiz Qonaqov Çexiyanın Azərbaycana dost ölkə olduğunu vurğulayaraq hər iki ölkənin vətəndaş cəmiyyətlərinin gündən-günə inkişaf etdiyindən, Azərbaycan dövlətinin vətəndaş cəmiyyətinə və beynəlxalq QHT-lərə verdiyi dəstəkdən danışıb. Rufiz Qonaqov bildirmişdir ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamları ilə yaranmış Prezident Yanında QHT-lərə Dövlət Dəstəyi Şurası və Prezident Yanında Gənclər Fondu tərəfindən hər il yüzlərlə QHT maliyyə dəstəyi alır. Məhz dövlətinin bu dəstəyi sayəsində QHT-lər öz mövcudluqlarını qorumaqla fəaliyyətlərini daha da genişləndirirlər. BMAM Sədri eyni zamanda bildirib ki,Azərbaycan qısa zaman ərsizndə Avropaya uğurla inteqrasiya edib. Azərbaycan və Çexiya vətəndaş cəmiyyətləri arasında əməkdaşlığın və əlaqələrin daha da yaxınlaşması, birgə forum,tədbir və konfransların keçirilməsi bu əlaqələri daha da inkişaf etdirə bilər. Çexiya səfiri Vitezslav Pivonka və səfirin müavini Petr Vagner görüş üçün BMAM sədri Rufiz Qonaqova təşəkkür edərək belə əməkdaşlığın ölkələrə fayda verə biləcəyini vurğulayıb. Səfir bildirib ki, Çexiya və Azərbaycan vətəndaş cəmiyyətləri arasında əməkdaşlığın daha da artırılması və birgə tədbirlərin keçirilməsi təşəbbüsünü dəstəkləyir. Bu təşəbbüslərin həyata keçməsi üçün Çexiya səfirliyi hər cürə dəstək verməyə hazırdır.

Fuad




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Azərbaycanda gördüklərim məndə xoş təəssüratlar yaratdı
22.09.2018
Azərbaycan ilə İordaniya dost və qardaş ölkələrdir
22.09.2018
Azərbaycan-Rusiya parlamentlərarası əlaqələri yüksək səviyyədədir
22.09.2018
İsveçrə və Azərbaycan arasında çox yaxşı əlaqələr mövcuddur
21.09.2018
Yıldırım: “Azərbaycanı vətənim kimi qəbul edirəm“

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info