“Azərreyl”də daha 2 yeni sima
Tarix: 20.09.2014 | Saat: 00:56:00 | E-mail | Çapa göndər


“Azərreyl” heyətini gücləndirməkdə davam edir. Komanda Azərbaycan millisinin oyunçuları Aynur Kərimova, Şəfaqət Həbibova, İrina Makarenko və Belarus yığmasının hücumçusu Oksana Kovalçukun ardınca daha 2 voleybolçunun transferini rəsmiləşdirib. Yeni mövsümdə Vüqar Əliyevin çalışdıracağı “Azərreyl” rusiyalı Yuliya Stenkina və ukraynalı Olqa Savençukla danışıqları müsbət yekunlaşdırıblar. Hər 2 oyunçu ilə 1 illik müqavilə imzalanıb.
Libero mövqeyində oynayan 26 yaşlı Stenkina karyerasında ilk dəfə legioner həyatı yaşayacaq. 172 sm boya malik olan voleybolçu Rusiyanın “Xara Morin” klubundan transfer edilib. Karyerası ərzində titul qazana bilməyən Yuliya, həmçinin Yurq Liseyində (2005-2007) və “Tyumen”də (2010-2012) oynayıb. O, “Xara Morin”in 5 mövsümdə formasını geyinib.
Stenkinadan fərqli, Savençuk ölkəsinin millisində oynayıb və kifayət qədər güclü klublarda çıxış edib. “Çerkasi”, “Severdontçanka” “Dinamo” (Moskva), “Stinol Lipets”, “Beşiktaş” və “Neve Şanan” (İsrail) komandalarının şərəfini qoruyan Olqa “Azərreyl”ə son 2 ildə şərəfini qoruduğu Ukrayna “Ximik”indən transfer olunub. O, 3 dəfə ölkəsinin çempionu, eyni sayda kubokunun sahibi olub. Savençukun aktivində Rusiya Superliqasının qızıl medalları da var. Yığmasında 33 görüşə çıxan 26 yaşlı hücumçu 190 sm boya malikdir. O, həmçinin Ukrayna millisinin heyətində 18 yaşlılar arasında Avropa çempionu adına layiq görülüb. Qeyd edək ki, “Azərreyl” 2014/2015 mövsümündə “Çelenc Cup”da oynayacaq.




 
Bölməyə aid digər xəbərlər
15.01.2019
“Barselona” ötən il futbolçulara 562 milyon avro pul ödəyib
15.01.2019
Unai Emeri Məsut Özildən imtina edib
15.01.2019
Gimnastika Federasiyası ilin ilk dünya kuboku yarışlarına hazırlaşır
14.01.2019
Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
14.01.2019
İspaniya La Liqası: “Barselona” “Eybar” üzərində böyük hesablı qələbə qazanıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10561

1 “Azərbaycan güclü ölkə kimi dünya miqyasında özünü təsdiqləyib”
2 Xocalı tarixi və mədəniyyəti
3 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
4 Azərbaycan Dövlət Pedaqoji Universitetində doktoranturaya və dissertanturaya qəbul başlanıb
5 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info