Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Fransada “Azərbaycan şəhərciyi” təşkil olunub
Tarix: 22.09.2014 | Saat: 16:16:00 | E-mail | Çapa göndər


Azərbaycanın qədim tarixini və zəngin mədəni irsini fransızlara yaxından tanıtmaq məqsədilə Heydər Əliyev Fondunun təşkilatçılığı və ölkəmizin Fransadakı səfirliyinin dəstəyi ilə reallaşdırılan “Qafqazın mirvarisi olan Azərbaycanın mədəni dəyərləri” layihəsi çərçivəsində Parisin VI rayonunda yerləşən Sen-Sülpis meydanında “Azərbaycan şəhərciyi” təşkil olunub. Şəhərcikdə Azərbaycan incəsənət ustaları maraqlı konsert proqramları ilə çıxış edirlər.
On gün davam edəcək “şəhərciyin” üçüncü günü Azərbaycanın Əməkdar Artisti Natiq Şirinovun rəhbərlik etdiyi “Natiq ritm qrupu” fransalı tamaşaçıları qarşısında çıxış edib. Qrupun ifa etdiyi “Həyata gəliş”, “Beş yarım”, “Arabeska”, “Caz” və “Atəşgah” rəqs musiqi nömrələri tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb.
Paytaxt sakini Katrin Bojar “Azərbaycan şəhərciyi”ndən və ritm qrupunun çıxışından aldığı təəssüratı danışıb: “Azərbaycan barəsində yalnız onu bilirdim ki, Bakı ölkənizin paytaxtıdır, neft və qazla zəngindir. Amma bu gün “şəhərciklə” tanışlıq sayəsində ölkəniz barədə yetərincə məlumat əldə etdim. Burada nümayiş etdirilən qədim xalçalar, qadın geyimləri, misgərlik məmulatları, mətbəx nümunələri, müxtəlif şərablar, Azərbaycanın tarixindən, mədəniyyətindən, musiqisindən, ədəbiyyatından, incəsənətindən, turizm imkanlarından bəhs edən kitablar və bröşürlər ölkənizin necə qədin bir diyar olmasından, mədəni irslə zənginliyindən, Avropaya inteqrasiyasından xəbər verir.
Bu gün ritmik qrupun çıxışı məni və bura toplaşan paytaxt sakinlərini və qonaqları sözün əsl mənasında valeh etdi. Necə də oynaq musiqiniz var. Qrup üzvlərinin ifaçılıq tərzinə söz ola bilməz. Bir sözlə istər şəhərcik, istərsə də ritmik qrupun çıxışı ölkəniz barədə az məlumatı olan biz fransızlarda geniş təəssürat yaratdı. Doğrudan da Azərbaycan Qafqazın həm mirvarisi, həm də möcüzəli ölkəsidir.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Ədliyyə orqanlarına qulluğa qəbul olunan gənclər and içiblər
20.09.2018
ƏƏSMN və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında memorandum imzalanıb
20.09.2018
Qanvermə aksiyalarının təşkili dini ənənələrə humanist bir töhfədir
20.09.2018
Gömrük xidməti ölkəmizin iqtisadi maraqlarının qorunmasında xüsusi yer tutur
20.09.2018
ADPU-nun Azərbaycan tarixi kafedrasının əməkdaşı Beynəlxalq Forumda iştirak edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info