Azərbaycan və İsrail səfiriliklərinin ABŞ-da birgə tədbirlər proqramı başa çatıb
Tarix: 22.09.2014 | Saat: 16:24:00 | E-mail | Çapa göndər


Məlum olduğu kimi, Azərbaycanın ABŞ-dakı və İsrailin Azərbaycandakı səfirliklərinin ABŞ-da birgə tədbirlər proqramı keçirilib. Proqram ABŞ-ın aparıcı yəhudi təşkilatı olan "Amerika Yəhudi Komitəsi"nin (AYK) təşəbbüsü və dəstəyi ilə keçirilib.
Vaşinqtonda və ABŞ-ın tarixi paytaxtı olan Filadelfiyada keçirilən tədbir və görüşlərdən sonra Azərbaycan səfiri Elin Süleymanov və İsrail səfiri Rafael Harpaz Nyu York şəhərində bir sıra tədbirlərdə iştirak ediblər. Səfər çərçivəsində AYK-ın rəhbər heyəti ilə birgə seminar keçirilib. Seminara sədrlik edən AYK-ın icraçı direktoru David Haris bu proqramın vacibliyini qeyd edib, eləcə də Azərbaycan və İsrail arasında mövcud əlaqələrin unikal hal olduğuna diqqəti çəkib. Eyni zamanda, Azərbaycanın ABŞ üçün olduqca önəmli və sadiq bir tərəfdaş kimi xarakterizə edən D.Haris bu əlaqələrin daha da genişləndirilməsinin əhəmiyyətini vurğulayıb.
Xatırladaq ki, D.Haris Azərbaycan-ABŞ münasibətlərinin inkişafına verdiyi töhfələrə görə 2012-ci ildə Prezident İlham Əliyev tərəfindən "Dostluq" ordeni ilə təltif edilib.
Seminarda çıxış edən İsrail səfiri Rafael Harpaz Azərbaycanda "sıfır anti-semitizm"in olduğuna bir daha diqqəti çəkib. Son zamanlar bir çox ölkələrdə, o cümlədən bir sıra Avropa ölkələrində anti-semitizmin baş qaldırdığı bir vaxtda yəhudilərə qarşı Azərbaycandakı münasibətin nəinki bir sıra müsəlman ölkələri üçün, hətta Avropa ölkələri üçün nümunə olduğunu qeyd edib. Azərbaycanda yəhudi əhalinin tarixindən bəhs edən R.Harpaz burada yəhudilərin əsrlərdən bəri sülh və əmin-amanlıq içində yaşadığını bildirib. O, Azərbaycanda yəhudilərə olan münasibətin, habelə dövlətin xüsusi qayğısının Azərbaycan rəhbərliyinin və şəxsən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin siyasi iradəsinin göstərici olduğunu bildirib.
Səfir R.Harpaz Azərbaycan və İsrail arasında tibb, su texnologiyaları, müdafiə və enerji sahələrində uğurlu əməkdaşlığın aparıldığını qeyd edib. Eyni zamanda, qeyri-enerji sektorunda, xüsusilə yüksək texnologiyalar sahəsində əməkdaşlığın daha da artırılması üçün imkanlar olduğunu vurğulayıb.
Çıxışı zamanı R.Harpaz İsrailin hansısa ölkədə akkreditasiya olunmuş səfirinin birgə proqramlar çərçivəsində üçüncü bir ölkəyə səfər etməsinin unikal hal olduğunu bildirib, bunun İsrail dövlətinin Azərbaycana və onun nailiyyətlərinə xüsusi münasibətinin göstərici olduğunu vurğulayıb. İsrail dövləti belə bir proqramı bir müddət öncə yalnız Polşa ilə həyata keçirib. Seminar zamanı güclü, stabil və müstəqil siyasət yürüdən Azərbaycanın ABŞ, Avropa və İsrail üçün əhəmiyyəti vurğulanıb.
Daha sonra çıxış edən səfir E.Süleymanov Azərbaycan-İsrail ikitərəfli münasibətləri, habelə Azərbaycanda yaşayan yəhudi icması barədə məlumat verib və bu münasibətləri yüksək dəyərləndirib. Azərbaycanda tarixi köklərə söykənən dözümlülük və qarşılıqlı anlaşmanın hazırda da dövlət başçısı İlham Əliyevin yürütdüyü uzaqgörən siyasət nəticəsində davam etdiyi bildirilib.
Bundan əlavə, səfir E.Süleymanov və səfir R.Harpazın Nyu-York şəhərində keçirdiyi görüşlər çərçivəsində AYK-ın gənclər proqramı olan ACCESS nümayəndələri ilə işçi nahar olub. Görüşdə müxtəlif ölkələrdən olan yəhudi gənclər iştirak edib.
Tural




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
Yaxın zamanlarda Slovakiyanın Azərbaycanda səfirliyinin açılması nəzərdə tutulur
13.11.2018
Monteneqroda Azərbaycanla bağlı sayt fəaliyyətə başlayıb
12.11.2018
Aİ nümayəndəsi: Azərbaycan yaxın zamanlarda insan kapitalının artırılmasına və inkişafına nail olacaq
12.11.2018
KİV-ləri Qərbdəki ayrı-ayrı qüvvələrin maraqlarına tabe etdirməyə çalışanlar...
12.11.2018
Lukaşenko: “Bizim qapılar Azərbaycan üçün açıqdır”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10462

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info