“Nalbəndyan Ermənistanın uğursuz xarici siyasətinə bəraət qazandırmağa çalışır”
Tarix: 22.09.2014 | Saat: 16:25:00 | E-mail | Çapa göndər


“Edvard Nalbəndyan reallıq hissini itirib. O, diaspor qarşısında Ermənistanın uğursuz xarici siyasətinə və ölkəsinin təcridinin dərinləşməsinə ifrat yalan vasitəsilə çarəsiz bəraət qazandırmağa çalışır”.
Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri vəzifəsini icra edən Hikmət Hacıyev "Ermənistan Diaspor" konfransında Ermənistanın xarici işlər naziri E. Nalbəndyanın söylədiklərinə şərh edərkən deyib.
H. Hacıyev qeyd edib ki, Azərbaycanın ərazi bütövlüyü, suverenliyi, beynəlxalq səviyyədə tanınmış sərhədləri və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişənin məhz bu prinsiplər əsasında həll edilməsi beynəlxalq ictimaiyyət tərəfindən birmənalı dəstəklənir: “Nalbəndyanın yalanlarını ifşa etmək üçün yalnız 2014-cü ilin son 9 ayı ərzində Azərbaycanın əldə etdiyi diplomatik qələbələri qeyd etmək kifayətdir. Faktlar özlüyündə hər şeyi deyir”.
XİN rəsmisi xatırladıb ki, NATO-nun sonuncu sammitində təşkilata üzv dövlətlər Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə dəstəklərini ifadə ediblər. Onlar Cənubi Qafqazdakı münaqişələrin məhz bu prinsiplər əsasında həllini dəstəklədiklərini vurğulayıblar: “NATO sammitində də dövlətlərin ərazi bütövlüyü və ya siyasi müstəqilliyinə qarşı güc tətbiq etmək və ya güc tətbiq edərək hədələməyin qəbuledilməzliyi vurğulanıb, dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinə hörmət edilməsinin vacibliyi qeyd olunub. Xatırladıram ki, unutqan olmuş Nalbəndyan və onun prezidenti Serj Sarkisyan şəxsən bu toplantıda iştirak edirdilər”.
H. Hacıyev bu il iyunun 18-19-da İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici işlər nazirləri şurasının Ciddə Bəyannaməsində də Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar Azərbaycanın ədalətli mövqeyi ilə həmrəylik ifadə olunduğunu, Ermənistanın Azərbaycana qarşı təcavüzü və işğal olunmuş ərazilərdə tarixi və mədəni irsin dağıdılmasını qınayan qətnamələr qəbul edilib: “ Həmçinin 28-29 may tarixlərində Qoşulmama hərəkatının Əlcəzairdə keçirilmiş XVII xarici işlər nazirləri iclasının yekununda qəbul olunmuş "Yekun Əlcəzair Sənədi"də münaqişənin BMT Təhlükəsizlik Şurasının məlum qətnamələri və Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində danışıqlar yolu ilə həlli dəstəklənib. Eyni zamanda mayın 13-də Ərəb Dövlətləri Liqası – Mərkəzi Asiya – Azərbaycan Respublikası Əməkdaşlıq və İqtisadi Forumunun yekun bəyannaməsində Ermənistan-Azərbaycan münaqişəsinin BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq suverenlik və ərazi bütövlüyü prinsipləri əsasında həllinin vacibliyi bir daha vurğulanıb”.
XİN sözçüsü deyib ki, E.Nalbəndyanın istinad etdiyi ATƏT-in Minsk qrupunun 2009-2013-cü illər ərzində verdiyi bəyanatlarda ən vacib məqam status-kvonun qəbul edilməzliyi olub: “Status-kvo isə işğal və təcavüz və onların doğurduğu fəsadlar deməkdir. Beynəlxalq ictimaiyyətin mövqeyini əks etdirən bu təkzibolunmaz faktların müqabilində “beynəlxalq ictimaiyyət” dedikdə görəsən Nalbəndyan kimi nəzərdə tutur?”
H. Hacıyev bir daha vurğulayıb ki, rəsmi Yerevan erməni ictimaiyyətini və diasporunu aldatmaq üçün cəfəngiyatla məşğul olmaqdansa, Ermənistanın kəskinləşən tənəzzülünün qarşısını almaq üçün münaqişənin həlli istiqamətində konkret addımlar atmalıdır.
Tural




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Azərbaycanda gördüklərim məndə xoş təəssüratlar yaratdı
22.09.2018
Azərbaycan ilə İordaniya dost və qardaş ölkələrdir
22.09.2018
Azərbaycan-Rusiya parlamentlərarası əlaqələri yüksək səviyyədədir
22.09.2018
İsveçrə və Azərbaycan arasında çox yaxşı əlaqələr mövcuddur
21.09.2018
Yıldırım: “Azərbaycanı vətənim kimi qəbul edirəm“

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info