Ölkədə 2 milyon tondan çox dənli bitki istehsal olunub
Tarix: 22.09.2014 | Saat: 16:26:00 | E-mail | Çapa göndər


Azərbaycanda yanvar-avqust aylarında kənd təsərrüfatı məhsullarının istehsal həcmi faktiki qiymətlərlə 3 622,2 milyon manat təşkil edib və keçən ilin eyni dövrünə nisbətən 3,7 faiz azalıb. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, komitənin hesabatına əsasən, qeyd edilən dövrdə heyvandarlıq sahəsində məhsul istehsalı 2,8 faiz artıb, bitkiçilik məhsulları isə 9,2 faiz azalıb.
2014-cü il sentyabrın 1-nə Azərbaycanda əkin sahələrinin ciddi uçotu aparılıb. Ölkənin əkin sahələrinin ümumi sahəsi 1144,5 min hektar təşkil edib. Ümumi əkin sahələrindən 967,2 min hektarı (və ya 96,7 faiz) dənli və paxlalı bitkilərin, 1,1 min hektarı tütünün, 22,9 min hektarı pambığın, 48,6 min hektarı (78,7 faiz) kartofun, 68,3 min hektarı (89,9 faiz) tərəvəzin, 27,3 min hektarı (97,5 faiz) bostan bitkilərinin, 9,1 min hektarı (78,2 faiz) isə yemlik günəbaxanın payına düşüb.
Cari il avqustun 1-nə olan vəziyyətə görə Azərbaycanda məhsul yığımı davam edir.
Hesabat dövründə ölkədə 2 177 min ton dənli bitki (qarğıdalı istisna olmaqla) istehsal olunub. Hər hektardan orta hesabla 22,8 sentner dənli bitki yığılıb. Toplanan qarğıdalı nəzərə alınmaqla 2014-cü ilin yanvar-avqust aylarında dənli bitki istehsalı 2238,3 min ton olub.
Hesabat dövründə təsərrüfatlarda 980,6 min ton tərəvəz məhsulu, 651,9 min ton kartof, 410,4 min ton bostan məhsulu, 343,5 min ton meyvə və giləmeyvə, 37,1 min ton üzüm, 316,7 ton çay yarpağı, 17 min ton yemlik günəbaxan və 1,9 min ton tütün yarpağı istehsal olunub.
Ötən ilin analoji dövrü ilə müqayisədə üzüm istehsalı 16,3 faiz, yemlik günəbaxan 7,5 faiz, bostan bitkiləri 3,1 faiz, meyvə və giləmeyvə 0,9 faiz artıb, çay yarpağı istehsalı 20,7 faiz, tütün 14,6 faiz, kartof 11,5 faiz və tərəvəz məhsulları 0,8 faiz azalıb.
Hesabat dövründə respublikada 294,9 min ton diri çəkidə ət, 1 249 min ton süd, 1 017,9 milyon ədəd yumurta, 15,7 ton yun istehsal edilib.
2013-cü ilin yanvar-avqust ayları ilə müqayisədə ölkədə ət istehsalı 1,5 faiz, süd 3,2 faiz, toyuq yumurtası 11,3 faiz, yun isə 2,2 faiz artıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
19.04.2019
İstanbulda Türkiyə-Azərbaycan-Türkmənistan enerji əməkdaşlığı müzakirə edilib
19.04.2019
Bakıda İran Ticarət Mərkəzi açılıb
19.04.2019
Yekaterinburqda “Azərbaycan nemətləri” mağazalar şəbəkəsi” təqdimatı olunub
19.04.2019
Qış havası olacaq: şimşək çaxacaq, yağış yağacaq, qar yağacaq...
19.04.2019
Hacıqabulda avtobus istehsalı zavodunun təməli qoyuldu

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10752

1 Erməni yoxsa türk qırğını?
2 Müharibə veteranlarına Prezident təqaüdü təsis edilib
3 Hemilton “Formula-1“ tarixinin 1000-ci yarışının qalibi olub
4 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
5 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info