ATƏT Azərbaycanın istismara və müasir köləliyə qarşı mübarizə səylərini dəstəkləyir
Tarix: 22.09.2014 | Saat: 18:14:00 | E-mail | Çapa göndər


ATƏT-in Bakı Layihə Əlaqələndiricisi Macarıstanın Daxili İşlər Nazirliyi ilə birgə insan alverinin qarşısının alınması və ona qarşı mübarizə sahəsində çalışan Azərbaycanın hökumət rəsmiləri və vətəndaş cəmiyyəti nümayəndələrinin Macarıstana səfərini dəstəkləyir. Bu barədə ATƏT-in Bakı Ofisindən bildiriblər.
Məlumata görə, insan alverinə qarşı mübarizə sahəsində çalışan azərbaycanlı mütəxəssislərin Macarıstana təcrübə səfəri başlayıb. Beş günlük təcrübə səfəri ATƏT-in Bakı Layihə Əlaqələndiricisinin “İnsan alverinə qarşı mübarizə” layihəsinin tərkib hissəsidir. Layihənin əsas məqsədi insan alverinə qarşı mübarizədə uğurlu təcrübələrin mübadiləsi və çıxarılmış nəticələrin müzakirəsini dəstəkləməkdən ibarətdir.
ATƏT-in Bakı Layihə Əlaqələndiricisi səfir Aleksis Şahtaxtinski bildirib ki, ATƏT istismar və müasir köləliyin hər formasına qarşı Azərbaycanın mübarizə səylərini dəstəkləyir: “İnsan alveri ATƏT regionunda transmilli təhdiddir və biz 25 iyul 2014-cü il tarixində Azərbaycan Prezidentinin təsdiqlədiyi üçüncü Milli Fəaliyyət Planının icrasında Azərbaycana köməklik göstəririk. İnanıram ki, ATƏT-in iştirakçısı olan digər dövlətlərin uğurlu təcrübələrinin mübadiləsi insan alverinin qarşısının alınması və təqibi, eləcə də insan alveri qurbanlarının müdafiəsində daha da irəliləmək üçün Azərbaycana kömək edəcək”.
Azərbaycan nümayəndə heyətinə Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İnsan Alveri Qurbanlarına Yardım Mərkəzi, Xarici İşlər Nazirliyi, Dövlət Miqrasiya Xidməti, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, həmçinin üç vətəndaş cəmiyyəti təşkilatının nümayəndələr daxildir. Onlar Macarıstanın Daxili İşlər Nazirliyi, Milli Təhqiqat Bürosu, İctimai İdarəçilik və Ədliyyə Orqanı, həmçinin İnsan Alveri Qurbanlarına Dəstək Xidməti, Ailə və Sosial Siyasət İnstitutu, Milli Böhran Telefon Məlumat Mərkəzi və digər hökumət agentlikləri ilə görüşlər keçirəcəklər.
Azərbaycanlı və macar mütəxəssislər insan alveri qurbanlarına mümkün dəstək və yardım mexanizmləri, eləcə də milli tövsiyə mexanizmlərinin tətbiqi, insan alveri qurbanlarının müəyyən edilməsi prosedurları, cinsi və əmək istismarı məqsədi daşıyan insan alverinin təhqiq və təqib olunması məsələlərini müzakirə edəcəklər.
Nümayəndə heyəti, həmçinin Mosonmagyarovar şəhərində insan alveri qurbanları üçün olan sığınacağı ziyarət edəcək.
Tural




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
16.11.2018
“Gənclər və gənclər təşkilatları Azərbaycanın maraqlarının xaricdə müdafiəsində daha yüksək fəallıq göstərirlər”
16.11.2018
İsrail Azərbaycana yeni səfir təyin etdi
16.11.2018
Meksikanın Azərbaycandakı Səfiri Bərdə rayonuna rəsmi səfər edib
15.11.2018
“İkili standartlara əsaslanan bu yanaşma Azərbaycanı Fransa ilə əlaqələri nəzərdən keçirməyə vadar edir”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10484

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info