Elmin İnkişafı Fondu 6-cı “Mobillik qrantı”nı yeni şərtlərlə elan etdi
Tarix: 22.09.2014 | Saat: 19:59:00 | E-mail | Çapa göndər


Prezident yanında Elmin İnkişafı Fondunda (EİF) 5-ci “Mobillik qrantı” müsabiqəsinin qalib layihə rəhbərləri ilə seminar və təqdimat xarakterli görüş keçirilib. Görüşdə qrant layihələrinin idarə olunması, layihələrin hüquqi qeydiyyatı və maliyyələşdirilməsinin həyata keçirilməsi üçün müvafiq sənədlər toplusunun hazırlanması, Elmin İnkişafı Fondu ilə layihə rəhbərləri arasında bağlanacaq müqavilənin şərtləri, maliyyə-hesabat məsələlərinin optimal həlli üzrə məsləhət və tövsiyələr verilib. EİF-in icraçı direktoru Elçin Babayev əminliklə bildirib ki, kadr hazırlığını nəzərdə tutan bu müsabiqənin qalibləri ölkəmizi xaricdə layiqincə təmsil edəcək, yeni elmi əlaqələr quracaq, təcrübə mübadiləsi aparacaq, əldə etdikləri bilik və bacarıqları uğurla elmi fəaliyyətlərində tətbiq edəcəklər.
Tədbirdə həmçinin Elmin İnkişafı Fondu tərəfindən xaricdə elmi tədbirlərdə və qısamüddətli təcrübəkeçmədə iştirakı əhatə edən növbəti 6-cı “Mobillik qrantı” müsabiqəsi də elan edilib. Bu müsabiqə çərçivəsində qrant maliyyələşdirilməsinin cəmi həcmi 100 000 (yüz min) manat təşkil edəcək. Müsabiqəyə 2015-ci il 12 yanvar-30 aprel tarixləri arasında xaricdə keçiriləcək beynəlxalq elmi tədbirlərdə və qısamüddətli elmi təcrübəkeçmə proqramlarında iştirak etmək istəyən şəxslər ərizələrini təqdim edə bilərlər.
EİF 6-cı “Mobillik qrantı” müsabiqəsindən etibarən müsabiqə şərtlərinə dair yeni tələblər irəli sürüb. Belə ki, müsabiqədə iştirak üçün iddiaçının çalışdığı qurumun rəhbərinin yazılı razılığı olmalıdır. Beynəlxalq elmi tədbirlərdə və qısamüddətli elmi təcrübəkeçmə proqramlarında iştirak üzrə dəvətlər birbaşa olaraq Elmin İnkişafı Fondunun adına göndərilməlidir. Bu müsabiqədən etibarən türkdilli və rusdilli ölkələr istisna edilməklə, digər ölkələrdə baş tutacaq tədbirlər üzrə ingilis dilini bilmə səviyyəsini təsdiq edən sənəd təqdim olunduqda, həmin layihəyə üstünlük veriləcək. Sənəd təqdim olunmadıqda isə, fond şifahi müsahibə keçirə bilər. Müsabiqədə iştirak etmək üçün ərizələr sentyabrın 22-dən oktyabrın 22-si sat 17:00-adək qəbul olunacaq. Müsabiqənin nəticələrinin noyabr ayında açıqlanması planlaşdırılır. Müsabiqə ilə bağlı ətraflı məlumat www.sdf.gov.az linkindən əldə edilə bilər.

Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Sanqaçal qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilib
16.11.2018
Sahil Babayev Şəmkirdə 5 rayonun sakinləri ilə görüşüb
16.11.2018
Birinci qrup ilkin əlillik təyin olunanların sayında azalma 75,8 faizə çatıb
16.11.2018
“Bakı Metropoliteni” işçi axtarır
15.11.2018
110 şəhid hərbi qulluqçu üzrə 135 vərəsəyə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olundu

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10494

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info