Z.Mənzur: “Ümid edirəm ki, məcburi köçkün və qaçqınlar tezliklə evlərinə qayıdacaqlar”
Tarix: 22.09.2014 | Saat: 20:48:00 | E-mail | Çapa göndər


Böyük Britaniya parlamentindəki Liberal Demokratların aparıcı senatoru baronessa Zahidə Mənzur azərbaycanlı məcburi köçkün və qaçqınların öz evlərinə qayıtmasını nəzərdə tutan “Many Happy Returns” (MHR) kampaniyasını dəstəkləyir. Avropa-Azərbaycan Cəmiyyətinin məlumatına görə, baronessa bu kampaniyaya dəstək verdiyni bəyan edib.
Dəstəyini www.manyhappyreturnsidp.com vasitəsilə açıqlayan Z.Mənzur deyib: “Azərbaycanlı didərginlərin vəziyyəti ilə bağlı məlumatların tirajlanmasında MHR kampaniyasına uğurlar arzulayıram. Ümid edirəm ki, məcburi köçkün və qaçqınlar tezliklə evlərinə qayıdacaqlar”.
Qeyd edək ki, ingilissayağı təbrik mesajı əsasında adlandırılan “Many Happy Returns” kampaniyasının diqqət mərkəzində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin qurbanı olan 1 milyondan çox azərbaycanlı məcburi köçkün və qaçqın dayanır. Bu kampaniya, həmçinin azərbaycanlı məcburi köçkün və qaçqınların öz evlərinə dönmək arzusuna istinad edir.
İnternet səhifəsində məşhur alman fotoqraf Filip Ratmer tərəfindən çəkilmiş və Azərbaycanın 76 rayonunda yerləşən qaçqın düşərgələrindən yalnız 3-nün məcburi köçkünlərinə aid fotolar yerləşdirilib. Səhifədə qeyd olunur ki, 20 il öncə imzalanmış atəşkəs haqqında sazişə və BMT Təhlükəsizlik Şurasının Ermənistanın işğalçılıq siyasətinə qarşı qəbul etdiyi dörd qətnaməyə baxmayaraq, torpaqları işğal olunanlar hələ də öz doğma torpaqlarına qayıda bilmirlər.
MHR internet səhifəsi eyni zamanda ictimaiyyətin üzvlərinə sadəcə 30 saniyə vaxtlarını ayıraraq BMT Dünya Qaçqınlar Gününün adının dəyişilərək Dünya Qaçqın və Məcburi Köçkünlər Günü kimi qeyd edilməsi təklifini dəstəkləməyə imkan yaradır.
Xatırladaq ki, Z.Mənzur 20 ildən artıqdır ictimai sektorda müxtəlif vəzifələrdə çalışıb və 8 ilə yaxındır İngiltərə və Uels üzrə Baş İcraçı və Hüquq Xidmətləri Ombudsmanı kimi fəaliyyət göstəriib. Bundan əvvəl isə o, İngiltərə və Uels üzrə Milli Səhiyyə Xidməti Siyasəti Şurasının üzvü olub. Baronessa hər zaman bərabərliyə əsaslanan cəmiyyətin inkişafına çalışıb. Kraliça II Elizabet onun irq və gender (cinsi bərabərlik) diskriminasiyası ilə bağlı mübarizəsini yüksək qiymətləndirərək 1998-ci ildə baronessanı Britaniya İmperiyasının Ordeni ilə təltif edib.

Nigar




 
Bölməyə aid digər xəbərlər
17.01.2019
Dövlət Sosial Müdafiə Fondu tərəfindən ötən il 6148 sanator-kurort göndərişi verilib
17.01.2019
Bu il daha 6400-dən çox şəhid hərbi qulluqçunun vərəsələri birdəfəlik ödəmə ilə təmin ediləcək
16.01.2019
“Bizim həyət” layihəsi paytaxtın Sabunçu rayonunda icra olunur
16.01.2019
Yanvar ayı üzrə pensiyaların maliyyələşdirilməsinə başlandı
16.01.2019
Nazirlik işəgötürən şirkətlərə xəbərdarlıq etdi

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10564

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir
4 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
5 Dərslər təxirə salındı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info