Universitetlərdə kadr hazırlığı ilə bağlı tövsiyə sənədi hazırlanıb
Tarix: 22.09.2014 | Saat: 20:52:00 | E-mail | Çapa göndər


Beynəlxalq Mətbuat Mərkəzinin Mətbuat zalında “İqtisadi Resursların Öyrənilməsi” ictimai birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirdiyi “Universitetlərdə kadr hazırlığı və elmi-tədqiqat işlərinin ölkənin sosial-iqtisadi inkişafına təsirinin artırılması” layihəsinin tövsiyə sənədinin təqdimatını keçirib. İqtisadi Resursların Öyrənilməsi İctimai Birliyinin sədri i.f.d. Ruslan Atakişiyev giriş sözü ilə çıxış edərək Tövsiyə sənədini tədbirin iştirakçılarına təqdim edib. Qeyd edək ki, Azərbaycanın qabaqcıl universitetlərinin ekspertlərinin iştirakı ilə “AZƏRBAYCAN-2020: GƏLƏCƏYƏ BAXIŞ” İnkişaf Konsepsiyasında, müasir təhsil sisteminin formalaşdırılması ilə bağlı təhsilin və elmin inkişafı qarşısında duran vəzifələr müzakirə olunaraq onların təklifləri əsasında tövsiyə sənədi hazırlanıb.
Tövsiyə sənədində universitetlərdə tələbələrin praktikaya cəlbinin genişləndirilməsi, biznes subyektləri ilə əməkdaşlığın artırılması, tədris laboratoriyalarının qurulması, “Ustad” dərslərinin təşkili, müsabiqəli maliyyələşmənin tətbiqi, elmi-tədqiqat işlərinin kommersilaşdırılması və s. üzrə təkliflər öz əksini tapıb. Təqdimatda nazirlik və baş idarələrin, Bakıda fəaliyyət göstərən universitetlərin, KİV-in nümayəndələri iştirak edib. Qeyd edək ki, tövsiyə sənədi Azərbaycan Respublikası Təhsil Nazirliyinə, Milli Məclisin Elm və Təhsil Komissiyasına, ali məktəblərə göndəriləcək.

Qorqud




 
Bölməyə aid digər xəbərlər
16.01.2019
“Bizim həyət” layihəsi paytaxtın Sabunçu rayonunda icra olunur
16.01.2019
Yanvar ayı üzrə pensiyaların maliyyələşdirilməsinə başlandı
16.01.2019
Nazirlik işəgötürən şirkətlərə xəbərdarlıq etdi
15.01.2019
Ötən il sosial sığorta daxilolmalarında 11,8% artım qeydə alınıb
15.01.2019
Bu ildən pensiya təyinatı avtomatlaşdırılmış rejimdə həyata keçirilir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10562

1 Xocalı tarixi və mədəniyyəti
2 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
3 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
4 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir
5 Çingiz Bayramov: “Azərbaycan bölgənin inkişaf etmiş ölkəsinə çevrilib”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info