“Yaxın gələcəkdə Xəzərin statusuna dair sənəd imzalana bilər”
Tarix: 22.09.2014 | Saat: 20:53:00 | E-mail | Çapa göndər


Rusiya Federasiyası (RF) Prezidentinin MDB ölkələri ilə dövlət sərhədlərinin delimitasiya və demarkasiyası üzrə xüsusi nümayəndəsi, xüsusi tapşırıqlar üzrə səfir İqor Bratçikov ümid edir ki, Xəzəryanı ölkələr yaxın gələcəkdə Xəzər dənizinin statusu haqqında sənəd imzalaya biləcəklər. Bu barədə “RİA Novosti” xəbər yayıb.
İ.Bratçikov qeyd edib ki, yaxın gələcəkdə belə konvensiyanın bağlanacağını güman etmək olar.
Qeyd edək ki, sentyabrın 29-da Həştərxanda IV Xəzər sammiti keçiriləcək.
Onun sözlərinə görə, bu görüşdə Xəzərin statusunun müəyyənləşdirilməsi üzrə irəliləyiş əldə olunacaq: "Əminəm ki, finiş xəttinə çatmağımıza imkan verəcək konvensiyanın açıq qalan aspektləri istiqamətində iri addım atılacaq. Lakin bu o demək deyil ki, liderlərin növbəti görüşü bu konvensiyanın işlənməsinə həsr olunmalıdır".
Diplomat Həştərxan vilayətində Xəzərin su səthinin bölüşdürülməsi məsələsində irəliyə addım atılacağına ümid bəslədiyini bildirib.
Tural




 
Bölməyə aid digər xəbərlər
22.02.2019
Şəhid qazancı...
22.02.2019
Elçin Quliyev: Azərbaycan Sərhəd Mühafizəsi ən müasir döyüş texnikaları, gözətçi gəmiləri ilə təchiz olunub
22.02.2019
Baş prokuror Salyan rayonunda vətəndaşları qəbul edib
22.02.2019
“İrəli” gəncləri “Women rights are human rights” layihəsində
22.02.2019
“Kaspersky Lab”: Azərbaycanda istifadəçilərin 60%-i antivirus quraşdırmaqda maraqlı deyil

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10615

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 Diaspor üzvləri Ümumavropa Qarabağ mitinqinə çağırış edib
3 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar
4 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub
5 1400 manat maaşla sürücü axtarılır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info