Rusiya və Türkiyə internetə dövlət nəzarəti yaradır
Tarix: 22.09.2014 | Saat: 21:28:00 | E-mail | Çapa göndər


“Vzqlyad”: “Fövqəladə hallarda Rusiya internet şəbəkəsi operativ şəkildə qlobal şəbəkədən ayrılacaq”

Rusiya Federal Təhlükəsizlik Şurasının nümayəndələri bir neçə gündən sonra internetlə bağlı məsələni müzakirə etmək üçün prezident Putinlə görüşəcəklər. Təhlükəsizlik Şurası bir ildən çoxdur ki, internetin Rusiya seqmenti ilə bağlı iş aparır.

Türkiyənin Telekommunikasiya İdarəsinə məhkəmə qərarı olmadan, milli təhlükəsizliyə zidd olan və ictimai gərginliyin yaranmasına xidmət edən istənilən saytı bağlamaq səlahiyyəti verilib

İşin əsas məqsədi fövqəladə hallarda internetin Rusiya seqmentinin özünü necə aparması ilə bağlıdır. Bu haqda məlumat verən “Vzqlyad” yazır ki, məsələ artıq Rusiyanın Rabitə Nazirliyi, internet şirkətləri, provayderlər və qeyri-hökumət təşkilatları ilə geniş şəkildə müzakirə edilib. Görüşdə Təhlükəsizlik Şurasının və Rabitə Nazirliyinin üzvləri Putinə yay aylarında keçirilmiş təlimlərlə bağlı geniş məlumat təqdim edəcəklər. Həmin təlimlərdə əsas məqsəd fövqəladə hallarda Rusiyada internet seqmentinin dayanaqlı olmasını və internet vasitəsilə məqsədyönlü şəkildə həyata keçirilən təxribatların qarşısının alınmasını yoxlamaq olub. “Vzqlayd” yazır ki, müzakirələrin yekunu olaraq internetlə bağlı bir sıra qərarların qəbul edilməsi gözlənilir. Həmin qərarlar vasitəsilə dünya internet setində Rusiya seqmentinin suverenliyini bir qədər də möhkəmləndirmək hədəflənib. Burada nəzərdə tutulan əsas məsələ xüsusi, fövqəladə hallarda şəbəkənin idarə edilməsi və Rusiyanın qlobal setdən ayrılması imkanları ilə bağlı qaydaların yaradılmasıdır. Məlumatda qeyd edilir ki, Rusiyanın qlobal şəbəkədən birdəfəlik ayrılması planlaşdırılmır. Amma Rusiya operatorları elə avadanlıq quraşdırmalıdırlar ki, fövqəladə hallarda Rusiya internet şəbəkəsi operativ şəkildə qlobal şəbəkədən ayrıla bilsin. Putinlə görüşdə müzakirə ediləcək digər məsələ dövlətə milli domenlərin administratoru funksiyasının verilməsi olacaq. Hazırda bu sahəyə internet şəbəkəsindəki milli domenlərin Koordinasiya Mərkəzi adlı ictimai təşkilat nəzarət edir. Məlumatda o qeyd edilir ki, Federal Təhlükəsizlik Şurası ilə Rabitə Nazirliyi arasında əldə edilən razılığa əsasən, 2014-cü ilin iyulun 1-dən etibarən bütün internet provayderlər şəbəkələrində 12 saatdan az olmamaq şərti ilə internet trafiki yazmalı və saxlamalıdır. Xüsusi xidmət orqanları isə həmin məlumatlara birbaşa çıxış imkanı əldə edirlər. Rusiya xüsusi xidmət orqanları potensial xarici kiberhücumlarla bağlı xəbərdarlıq edərək, təhlükəsizliyi təmin etmək və qayda-qanun yaratmaq üçün Putindən inteqrasiya olunmuş əlaqə şəbəkəsinin yaradılması ideyasına dəstək verməyi xahiş edəcəklər. Qeyd edək ki, beynəlxalq internet şəbəkəsi, sosial şəbəkələr vasitəsilə müxtəlif ölkələrin daxili işlərinə qarışmaq, daxili təhlükəsizliyi təhdid etmə ilə bağlı kifayət qədər faktlar var.

“Federal Təhlükəsizlik Şurası ilə Rabitə Nazirliyi arasında əldə edilən razılığa əsasən, 2014-cü ilin iyulun 1-dən etibarən bütün internet provayderlər şəbəkələrində 12 saatdan az olmamaq şərti ilə internet trafiki yazmalı və saxlamalıdır. Xüsusi xidmət orqanları isə həmin məlumatlara birbaşa çıxış imkanı əldə edirlər”

Dövlətlər qlobal şəbəkə vasitəsilə gələn bu təhlükənin qarısını almaqda çətinlik çəkirlər. Çünki bu sahə ilə bağlı atılan istənilən adım ifadə azadlığının məhdudlaşdırılması kimi təqdim edilərək beynəlxalq hay-küy qaldırılır. Amma dövlətlər daxili təhlükəsizliklərini təmin etmək üçün qanunlarda müəyyən dəyişiklik etməyə məcburdurlar. Elə bir neçə gün əvvəl Türkiyədə qəbul edilən qanun da bu məsələ ilə bağlıdır. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan hökumətin internetin üzərində nəzarətinin gücləndirən qanunu təsdiqləyib. Türkiyənin Telekommunikasiya İdarəsinə məhkəmə qərarı olmadan, milli təhlükəsizliyə zidd olan və ictimai gərginliyin yaranmasına xidmət edən istənilən saytı bağlamaq səlahiyyəti verilib. Qeyd edək ki, bu ilin fevral ayında Türkiyə hökuməti ölkədə daxili sabitliyə təhdid yaratdığı üçün “Twitter” sosial şəbəkəsini müvəqqəti olaraq bağlamışdı.
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
“İrəvan meriyasına seçkilər yalan və riyakarlığın nümunəsidir”
25.09.2018
Yaxın Şərq böyük müharibə ərəfəsində
25.09.2018
Kvirikaşvili AYİB-in beynəlxalq məsləhətçisi olub
25.09.2018
TASS: Azərbaycan silah bazarında Rusiya Federasiyasının iri tərəfdaşıdır
24.09.2018
Yerevan meri postuna seçkilərdə xeyli qanun pozuntusu və insident qeydə alınıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10145

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info