“Müasir aqrar elm: Qloballaşma şəraitində əsrin aktual problemləri və inkişaf perspektivləri”
Tarix: 22.09.2014 | Saat: 21:31:00 | E-mail | Çapa göndər


Gəncə şəhərindəki Heydər Əliyev Mərkəzində Azərbaycan Dövlət Aqrar Universitetin 85 illiyinə həsr olunmuş “Müasir aqrar elm: Qloballaşma şəraitində əsrin aktual problemləri və inkişaf perspektivləri” mövzusunda Beynəlxalq elmi-praktik konfrans öz işinə başlayıb. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin, Gəncə Şəhər İcra Hakimiyyətinin və Azərbaycan Dövlət Aqrar Universitetinin birgə təşkil etdikləri konfransda 11 xarici dövlətdən 34 nümayəndə olmaqla, ümumilikdə, 300 nəfər iştirak edir. İştirakçılar əvvəlcə ulu öndərin Heydər Əliyev Mərkəzinin qarşısındakı abidəsini ziyarət edərək xatirəsinə ehtiramlarını bildiriblər. Sonra tədbir iştirakçıları Mərkəzdə dahi şəxsiyyətin həyat və siyasi fəaliyyətinin müxtəlif anlarını əks etdirən fotoşəkillərə baxıblar.
Konfransı giriş sözü ilə açan Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev Türkiyə, Amerika Birləşmiş Ştatları, Rusiya, Macarıstan, Sloveniya, Gürcüstan, Norveç, Portuqaliya, Fransa, eləcə də respublikamızın müvafiq ali təhsil və elmi-tədqiqat müəssisələrini təmsil edən nümayəndələri salamlayıb, Azərbaycanda son illər aqrar sahədə aparılan islahatların uğurlu nəticələrindən danışıb. Qeyd edib ki, dahi rəhbər Heydər Əliyev 1969-cu ildə respublikamızda birinci dəfə hakimiyyətə gəldikdən sonra aqrar sahənin inkişafına göstərilən diqqət və qayğı nəticəsində Azərbaycan kənd təsərrüfatı məhsulları idxal edən ölkədən ixrac edən ölkəyə çevrilib. Ulu Öndər elə o vaxtdan başlayaraq bu sahənin ixtisaslı kadrlarla təmin olunması üçün Azərbaycan Dövlət Aqrar Universitetinin maddi-texniki bazasının gücləndirilməsinə xüsusi diqqət yetirib. Nəticədə ölkənin aqrar elminin inkişafı dünya səviyyəsinə yüksəlib.
Kənd Təsərrüfatı Nazirliyinin məsul işçisi Rəsul Balayev konfrans iştirakçılarını təmsil etdiyi qurumun rəhbərliyi adından təbrik edib və beynəlxalq tədbirin işinə uğurlar arzulayıb.
Azərbaycan Dövlət Aqrar Universitetinin tədris işləri üzrə prorektoru Anar Hətəmovun universitetin 85 ildə keçdiyi şərəfli yoldan bəhs edən məruzəsi dinlənilib.
Konfransda ABŞ-ın İllinoys Universitetinin professoru Mohammad Babadust, AMEA-nın Gəncə Bölməsinin akademik katibi Fuad Əliyev, Türkiyənin Kastamonu Universitetinin rektoru, professor Aydın Seyit, K.A.Timiryazev adına Rusiya Kənd Təsərrüfatı Akademiyasının rektoru Vladimir Neçayev və başqaları çıxış edərək Azərbaycan Dövlət Aqrar Universitetinin 85 illik yubileyi münasibətilə kollektivi təbrik ediblər. Onlar bu ali təhsil ocağının təkcə Azərbaycanın deyil, bütövlükdə dünya aqrar elminin inkişafına verdiyi töhfələrdən danışıblar.
Sentyabrın 24-dək davam edəcək konfrans çərçivəsində iştirakçılar universitetin qapalı balıqçılıq və quşçuluq mərkəzləri, müasir informasiya texnologiyaları ilə təchiz edilmiş tədris korpusları, eləcə də Gəncənin tarix-memarlıq abidələri və bu şəhərdə aparılan abadlıq-quruculuq işləri ilə yaxından tanış olacaqlar.

Nigar




 
Bölməyə aid digər xəbərlər
23.03.2019
Naxçıvanlı məktəblilər “Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində Bakıya gəliblər
22.03.2019
İtaliyanın “Agenzia Nova” saytı Novruz bayramının adət-ənənələrindən yazır
20.03.2019
Bayramın ikinci günündə hava əsasən yağmursuz keçəcək
20.03.2019
Kiyevdə keçirilən Novruz şənliyində Azərbaycanın milli mətbəx nümunələri təqdim olunub
20.03.2019
Vaşinqtondakı Azərbaycan məktəbində Novruz bayramı qeyd olunub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10702

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Azərbaycan xalqı zəngin mədəniyyətə sahibdir
3 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
4 Yuliya Naçalova vəfat edib
5 İraqda bərə qəzaya uğrayıb: 71 ölü


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info