İran, Bakı-Ənzəli gəmi reysinin bərpa olunmasında maraqlıdır
Tarix: 23.09.2014 | Saat: 00:04:00 | E-mail | Çapa göndər


İran İslam Respublikası Azərbaycan ilə əlaqələrini genişləndirmək üçün Bakı-Ənzəli gəmi reysinin təkrar işə salınmasında maraqlıdır.
Bu barədə Ənzəli azad ticarət-sənaye zonasının rəhbəri Rza Mansur məlumat verib.

O bildirib ki, bu reysin bərpası İran və Azərbaycanın müxtəlif sahələrdə, o cümlədən turizm sahəsində əməkdaşlıq əlaqələrinin genişlənməsinə səbəb olacaq. Rza Mansur, həmçinin azərbaycanlı iş adamlarını Ənzəli azad ticarəti-sənaye zonasına sərmayə qoymağa çağırıb. O qeyd edib ki, bu zonaya sərmayə yatıran sahibkarlara güzəştli vergi sistemi tətbiq olunacaq. İstehsal müəssisəsinin qurulması üçün gətirilən xammal və texnikaya görə heç bir vergi alınmayacaq və sərmayə sahibləri istədikləri vaxt pul vəsaitlərini zonadan çıxara biləcəklər.
R.Mənsur diqqətə çatdırıb ki, Ənzəlinin iş adamlarından ibarət nümayəndə heyətinin Azərbaycanın iqtisadi potensialını öyrənmək məqsədilə noyabr ayında Bakıya səfəri planlaşdırılır.




 
Bölməyə aid digər xəbərlər
27.06.2019
“Türk Hava Yolları” Nigeriyanın Port Harkort şəhərini uçuş şəbəkəsinə daxil edir
27.06.2019
Rusiyada sərnişin təyyarəsi qəza enişi edib, ölənlər və yaralananlar var
27.06.2019
Putin İnquşetiyanın yeni rəhbərini təyin edib
26.06.2019
Gürcü larisi tarixi minimumu yenilədi
26.06.2019
Rusiyaya tətbiq olunan sanksiyalar alman şirkətlərini müflis etdi

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10817

1 Yeni naziri kollektivə Ramiz Mehdiyev təqdim etdi
2 Heydər Əliyev və bələdiyyələr
3 Tarix müəllimi Könül Əliyeva: “Əməkhaqqının artırılması bizim əməyimizə verilən böyük qiymət və dəyərdir”
4 Əli Nağıyev DTX rəisi təyin edildi
5 Vilayət Eyvazov daxili işlər naziri təyin edilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info