Xaçmazda sayca 12-ci muzey inşa olunur. Bu, yeni qurulan Bayraq Meydanı Kompleksi ərazisində tikilməkdə olan bayraq muzeyidir.
Xaçmaz şəhərinin girişində Çənlibel parkı yaxınlığında inşa olunan Bayraq Meydanı Kompleksində işlər artıq yekunlaşmaq üzrədir. Hazırda meydanın ərazisinə üzlük piltələr döşənir. Kompleksin ərazisi ümumilikdə 1,5 hektardır.
Bayraq meydanında 85 metr hündürlüyü olan dirəkdə üçrəngli Azərbaycan bayrağı dalğalanır. Yaxın günlərdə ərazidə fəvvarələr də inşa olunacaq.
Bayraq Meydanı Kompleksinin, eləcə də həmin ərazidə tikilən bayraq muzeyinin 9 noyabr – Dövlət Bayrağı Gününədək istifadəyə verilməsi nəzərdə tutulub.
Təhminə
|