Dünyada ana ölümləri 50% azalıb
Tarix: 23.09.2014 | Saat: 17:23:00 | E-mail | Çapa göndər


1994-cü ildən dünyada uzunömürlülük artıb, ana ölümlərinin sayı 50% azalıb, 1 milyardadək insan səfalətdən çıxa bilib. Bunu BMT baş katibi Pan Gi Mun BMT Baş Assambleyasının xüsusi sessiyasında çıxış edərkən deyib. O qeyd edib ki, son 20 ildə insanların sağlamlığının yaxşılaşdırılması istiqamətində yaxşı nəticələr əldə olunub. Bununla belə Pan Gi Mun dünyada hər gün 800-dək qadının hamiləlik nəticəsində və doğuş zamanı öldüyünü unutmamağa çağırıb. Onun sözlərinə görə, hər il inkişafda olan ölkələrdə 8,7 mln. gənc qızlar abort edirlər.
BMT hesabatlarına əsasən, 1994-cü ildə Qahirədə keçirilmiş beynəlxalq konfransdan bəri yeni doğulan uşaqların sayında azalma müşahidə olunub. 2011-ci ilin sonunda dünya əhalisinin sayı 7 milyardı keçib. Ekspertlərin fikrincə, 2030-cu ildə dünya əhalisinin sayı 8,4 milyarda çatacaq. Avropa, Asiya və Cənubi Amerika ölkələrindən fərqli olaraq Afrika ölkələrində və bəzi Asiya dövlətlərində gənc insanların sayının artmasında rekord göstəricilər qeydə alınıb.

Nigar




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Mərkəzi Klinikanın həkimləri vətəndaşları ödənişsiz müayinə edəcəklər
25.09.2018
Məcburi köçkünlərlə növbəti görüş keçirilib
25.09.2018
Qəbələdə 8 yaşayış məntəqəsinin yolunun yenidən qurulması yekunlaşır
25.09.2018
Nazir müavini: Pensiya təyinatı proseduru elektronlaşdırılacaq
24.09.2018
Səyyar ASAN xidmət davam edir

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10144

1 Yalnızlıq qorxusu
2 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
3 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info