“Türkiyə və Azərbaycanla meyvə-tərəvəz istehsalı ilə bağlı birgə müəssisələrin yaradılması üzərində işləyirik”
Tarix: 23.09.2014 | Saat: 17:30:00 | E-mail | Çapa göndər


Rusiya meyvə və tərəvəz istehsalı ilə bağlı yeni müəssisələrinin yaradılması istiqamətində Azərbaycanla birgə layihələr üzərində işləyir.
Bunu Rusiya Federasiyasının iqtisadi inkişaf naziri Aleksey Ulyukayev yerli RBK telekanalına müsahibəsində deyib.
“Biz hazırda Türkiyə və Azərbaycanla meyvə və tərəvəz istehsalı bağlı yeni birgə müəssisələrin, o cümlədən logistik mərkəzlərin, anbarların və s. yaradılması üzərində işləyirik. Biz bu problemin həllinə çalışırıq. Biz ərzaq bazarında pozulan balansı aradan qaldırmalıyıq. O cümlədən, əlavə idxal üçün əvvəllər məhsul gətirmədiyimiz ölkələrə müraciət etməliyik”, - deyə nazir bildirib.
Qeyd edək ki, Rusiya Federasiyasının prezidenti Vladimir Putin avqustun 6-da kənd təsərrüfatı məhsullarının, xammal və ərzağın bəzi növlərinin idxalının qadağan olunması ilə bağlı fərman imzalayıb. Fərmana əsasən, ABŞ, Avropa İttifaqı, Avstraliya, Kanada və Norveçdən meyvə, tərəvəz, mal və donuz əti, balıq, süd məhsullarının idxalı bir il müddətində qadağan edilib.
Daha sonra Rusiyanın kənd təsərrüfatı naziri Nikolay Fyodorov bəyan edib ki, Rusiyaya meyvə və tərəvəzin tədarükündə Azərbaycanla yanaşı, Özbəkistan, Tacikistan, müəyyən qədər Qırğızıstan perspektivli ölkə hesab edilir.
Tural




 
Bölməyə aid digər xəbərlər
22.01.2019
FAO-Azərbaycan Tərəfdaşlıq Proqramının açılış mərasimi keçirilib
22.01.2019
Kənd təsərrüfatı məhsulunun ümumi həcmi 4,6 faiz artıb
22.01.2019
DGKA Ümumdünya Gömrük Təşkilatının Avropa Regional Ofisi ilə əməkdaşlıq edəcək
22.01.2019
“Müasir iqtisadi inkişaf kontekstində Azərbaycanda idarəçilik”
22.01.2019
Prezident İlham Əliyev ilə BP qrupunun baş icraçı direktorunun görüşü olub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Dərslər təxirə salındı
3 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”
4 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
5 Yalçın Topçu: “Türkiyə və Azərbaycan arasında ticarət daha da artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info