XİN Manfrend Qrundu “qara siyahı”sına daxil edib
Tarix: 23.09.2014 | Saat: 17:46:00 | E-mail | Çapa göndər


Almaniya Bundestaqının üzvü, Xristian-Demokrat Partiyasından olan deputat Manfrend Qrund Azərbaycanın “qara siyahı”sına daxil edilib. Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri vəzifəsini icra edən Hikmət Hacıyev bildirib ki, bu yaxınlarda Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərinə Bakıdan icazəsiz səfər edən və Dağlıq Qarabağdakı separatçı rejimin nümayəndələri ilə görüşlər keçirən M. Qrund Azərbaycan qanunlarına və beynəlxalq hüquq normalarına hörmətsizlik edib: “Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazilərinə dövlətin icazəsi və razılığı olmadan səfər edən şəxslərin adı avtomatik olaraq Azərbaycanda “arzuolunmaz şəxslər” siyahısına düşür. Rəsmi Bakı bir daha vurğulayır ki, Ermənistan hərbi birləşmələrinin işğalı altında olan ərazilərə Azərbaycan hökuməti ilə razılaşdırmadan səfər etmək beynəlxalq hüquqa ziddir”.
Rəsmi Berlinə hər hansı rəsmi müraciət olunub-olunmayacağı barədə suala Azərbaycan XİN-in sözçüsü belə cavab verib: “Bu işlə bizim Almaniyadakı səfirliyimiz məşğul olacaq, gərəkli addımlar atılacaq”.
Tural




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
İN: Qondarma qurumun ABŞ ərazisində təşviqi bu ölkənin Minsk qrupunun həmsədri kimi öhdəlikləri ilə ziddiyyət təşkil edir
17.11.2018
ATƏT-in Minsk qrupu işğalçı Ermənistana təzyiq göstərmək üçün bütün alətlərdən maksimum istifadə etməlidir
17.11.2018
Ermənistan Belarus və Qazaxıstanla KTMT-də müttəfiq dövlət olmasına baxmayaraq, ciddi tərəfdaş kimi qəbul olunmur
17.11.2018
Rəsmi Bakı: Belə qərəzli addımlar Fransanın Minsk qrupunun həmsədri kimi üzərinə götürdüyü öhdəliklərlə bir araya sığmır
17.11.2018
Fransalı deputatların Saakyanla mümkün görüşü Fransanın ATƏT-in Minsk qrupunun həmsədri kimi statusuna zidd olacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10493

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info