Naxçıvan Dövlət Universitetində elektron təlim sistemi üçün 8 kontent yaradılacaq
Tarix: 23.09.2014 | Saat: 18:08:00 | E-mail | Çapa göndər


Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) “Naxçıvan Dövlət Universiteti (NDU) üçün elektron təhsil şəbəkəsi və rəqəmsal multimedia infrastrukturunun yaradılması” layihəsi çərçivəsində ezam etdiyi koreyalı mütəxəssislərdən ibarət qrup dekabrın 5-dək Azərbaycanda olacaq. Mütəxəssislərin ezamiyyəti portal, distant təhsil, akademik işlər üzrə sistemin və avadanlıqların quraşdırılması, əməliyyatlarla bağlı biliklərin öyrədilməsi, eləcə də yekun yoxlamanın aparılması və qarşılıqlı razılaşmalardan sonra yeni sistemin işə salınması məqsədi daşıyır. Həmçinin ekspertlər sistemin idarəsini və stabilləşdirilməsini, elektron təlim sistemi üçün 8 kontentin yaradılmasına yardımçı olacaq və istifadəçilər üçün təlim proqramını həyata keçirəcək. Şəbəkənin sürətinin təkmilləşdirilməsi, portalın və əsas domenin ilkin hazırlıqları və sertifikatların verilməsi sisteminin formatı ilə bağlı daha dərin müzakirələr isə tərəflər arasında növbəti ay ərzində keçiriləcək. “KOICA” layihə çərçivəsində Naxçıvan Dövlət Universitetinin rəhbərliyi və işçiləri üçün iki dəfə təqaüd proqramı təşkil edib. Bununla əlaqədar olaraq Naxçıvan Dövlət Universitetinin rəhbər səviyyəli nümayəndələri sentyabrın 21-də Koreyaya yola düşüb, səfər sentyabrın 27-dək davam edəcək. Layihə çərçivəsində keçirilən bu təqaüd proqramının məqsədi NDU-nun Təhsil İnformasiya Sisteminin idarəsi ilə bağlı texniki bilikləri möhkəmləndirmək, Koreyanın qabaqcıl universitetlərinin Təhsil İnformasiya Sistemi ilə tanış olmaq və Koreya ilə Azərbaycan arasında qarşılıqlı əməkdaşlığa töhfə verməkdən ibarətdir.
Qeyd edək ki, “Naxçıvan Dövlət Universiteti üçün elektron təhsil şəbəkəsi və rəqəmsal multimedia infrastrukturunun yaradılması” 3,5 milyon ABŞ dolları dəyərində büdcəyə malik 24 aylıq layihədir. Layihə idarəçilik işlərində səmərəliliyin artırılması və tələbələr üçün onlayn təhsil xidmətinin göstərilməsi üçün portal, distant təhsil, akademik işlər, elektron kitabxana və s. daxil olan elektron təhsil şəbəkəsinin yaradılmasını, müasir İKT avadanlıqlarının yaradılması ilə rəqəmsal multimedia infrastrukturunun təkmilləşdirilməsini, Koreya texnologiyasının nou-hausu və inkişaf təcrübəsinin bölüşülməsi ilə Azərbaycanda insan resurslarının inkişafına töhfə verilməsi və İKT-nin gücləndirilməsinin təşviq edilməsini nəzərdə tutur.

Nigar




 
Bölməyə aid digər xəbərlər
18.11.2018
Bakı Şəhər Baş Polis İdarəsinin məlumatı
18.11.2018
Əli Həsənov: Polis üçün əsas siyasi mənsubiyyət məsələsi deyil, ictimai asayişin təmin edilməsidir
17.11.2018
Başqa ölkələrdən gələn qaçqınların sosial təminatlardan yararlanması üçün yeni mexanizm yaradılacaq
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info