“Euronews” telekanalında “Cənub” qaz dəhlizinin təməlqoyma mərasimi ilə bağlı geniş reportaj
Tarix: 23.09.2014 | Saat: 18:33:00 | E-mail | Çapa göndər


“Euronews” televiziya kanalı sentyabrın 20-də Bakıda “Əsrin müqaviləsi”nin 20 illiyinə və “Cənub” qaz dəhlizinin təməlinin qoyulmasına həsr olunan təntənəli mərasimlə bağlı geniş reportaj hazırlayıb. Reportajda Türkiyənin energetika və təbii sərvətlər naziri Taner Yıldızın fikirləri yer alıb. Taner Yıldız bildirib ki, “Trans-Anadolu qaz boru kəməri (TANAP) layihəsinin Türkiyə hissəsinin təməlqoyma mərasimi 2015-ci ilin martında olacaq. Bir çox ölkənin iştirak etdiyi sülh və əmin-amanlıq layihəsi olan TANAP-ın həm texniki, həm də geosiyasi əhəmiyyəti var.
“Euronews” televiziya kanalının müxbiri “Cənub” qaz dəhlizi layihəsi ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevdən müsahibə alıb. “Bu layihənin Azərbaycan üçün çox böyük faydası var. Çünki bu bizə imkan verəcək ki, öz qaz resurslarımızı dünya bazarlarına çıxaraq. Bu, qaz alan və istehlak edən ölkələr üçün alternativ yeni qaz mənbəyidir. Bu layihə əsrin layihəsidir və ən azı yüz il ərzində hamımıza fayda gətirəcək” –deyə İlham Əliyev müsahibəsində qeyd edib.
Reportajda deyilir ki, TANAP layihəsinin birinci mərhələsinin layihə-smeta dəyəri 45 milyard ABŞ dollarıdır. 2018-ci ildə istismara verilməsi planlaşdırılan bu boru kəməri ilə ilk mərhələdə ildə 16 milyard kubmetr qaz nəql olunacaq, səkkiz il sonra isə bu həcm 31 milyard kubmetrə qədər artırılacaq. TANAP-a birləşdiriləcək “Trans-Adriatik” (TAP) boru kəməri layihəsi “Şahdəniz-2” yatağından çıxarılan qazın Yunanıstan və Albaniya vasitəsilə, Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna, oradan da Qərbi Avropaya nəqlini nəzərdə tutur.
Tural




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Kənd Təsərrüfatı Nazirliyi 600-ə yaxın vakant vəzifə üzrə işə qəbul elan edib
14.11.2018
Gələn il Pekində Azərbaycan Ticarət Evinin açılması planlaşdırılır
14.11.2018
Azərbaycanlı sahibkarlar Rumıniyaya investisiya yatırmağa dəvət olunub
14.11.2018
“AzerGold” QSC qızıl hasilatını artırıb
14.11.2018
Azərbaycandan ixrac olunan məhsulların çeşidi 2753-ə çatıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10467

1 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
2 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
3 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info