Gənclərin Beynəlxalq Sülh Forumu sona çatdı
Tarix: 23.09.2014 | Saat: 19:09:00 | E-mail | Çapa göndər


Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatı (AGAT) Bakı və Füzuli şəhərlərində keçirdiyi Gənclərin Beynəlxalq Sülh Forumunu yekunlaşdırıb.
Forum Gənclər Fondunun dəstəyi ilə baş tutub.
Forumun əsas məqsədi Azərbaycanın regionda sülh quruculuğu işində yeri və rolu barədə Avropa gənclərinə çatdırılması, Avropa - Azərbaycan gəncləri arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi, Avropalı gənclərə Azərbaycan həqiqətləri, əsasən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məlumat vermək olub.
Forum çərçivəsində 14 ölkədən - Finlandiya, Rumıniya, Xorvatiya, Litva, Latviya, Yunanıstan, Macarıstan, Çexiya, Niderland, Ukrayna, Türkiyə, Böyük Britaniya, Gürcüstan və Moldovadan 20 nəfər sülh qurucuları, ekspertlər və xarici QHT nümayəndələri iştirak edib. Belə ki, Forumun açılış mərasimi 19 sentyabr, Fizuli rayon İcra Hakimiyyətində keçirildi və AGAT-ın sədr müavini Nərgiz Xələfin çıxışı ilə açıq elan olundu. İştirakçılar Füzuli Rayonu 3 saylı orta məktəbdə təhsil alan qaçqın və məcburi köçkün şagirdlərlə görüşüblər. Uşaqların həyatı ilə yaxından tanış olan iştirakçılar hər gün güllə səsi eşidən azyaşlıların sülhlə bağlı müsbət fikirlərini və rəsm işlərini gördükdə böyük təəccüb yaşayıblar. Daha sonra iştirakçılar qaçqın və məcburi köçkünlərin Horadiz şəhərində məskunlaşdıqları düşərgəyə səfər etdilər, onların həyat tərzi ilə yaxından tanış olublar.
Forumun növbəti günü Bakı şəhəri Ombudsman Aparatının rəhbəri Elmira Süleymanova ilə rəsmi görüş keçirilib. Görüşdə İnsan Hüquqları Müvəkkili Ermənistan - Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə hüquq çərçivəsindən yanaşaraq qaçqın və məcburi köçkünlərin insan haqlarını iştirakçıların nəzərinə çatdırıb.
Forumun son günü, Prezident Administrasiyası, Gənclər Fondu, Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsi nümayəndəsi, və digər dövlət qurumlarının nümayəndələri həmçinin QHT sədrləri və KİV nümayəndələri iştirak edib. Forumun yekun konfransında Böyük Britaniya, Türkiyə, Litva, Finlandiyanı təmsil edən iştirakçılar işğal olunmuş ərazilərlə sərhəd bölgələrində keçirdikləri görüşlərdə yaranan təəssüratlarını, ölkəmiz haqqında fikirlərini bölüşərək, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycan Respublikasının ərazi bütövlüyü çərçivəsində həll olunaraq regionda sülhün bərqərar olunmasını arzu ediblər. Konfransın rəsmi hissəsi bitdikdən sonra 4 gün davam edən Gənclərin Beynəlxalq Sülh Forumu konsert proqramı ilə yekunlaşıb.

Fuad




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Azərbaycanın milli qəhrəmanları haqqında ingilis dilində məqalələr hazırlanıb
20.09.2018
“Azərbaycanda din-dövlət münasibətləri yüksək səviyyədədir”
20.09.2018
AXDG daha üç dənizçini beynəlxalq şirkətin gəmilərində təcrübəyə göndərir
20.09.2018
“Qanvermə aksiyalarının təşkili dini ənənələrə humanist bir töhfədir”
19.09.2018
Gəncənin Qazaxlar və Balabağman məscidləri təmir edilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info