“La Regle du Jeu”: “Marin Le Pen – Fransa düşmənlərinin xeyirxah rəfiqəsidir”
Tarix: 23.09.2014 | Saat: 19:56:00 | E-mail | Çapa göndər


“O, məhz Putinə qeyd-şərtsiz dəstək təklif edir”

Fransada kifayət qədər dəstək toplamış “Milli cəbhə” partiyasının lideri Marin le Penin fəaliyyəti Fransanın bir sıra siyasi dairələrinin və onların nəzarətində olan KİV-in qısqanclığına və narahatlığına səbəb olub. Qeyd edək ki, Marin Le Pen avrozonanın əleyhdarlarından biri kimi çıxış edir. Beləliklə, Fransanın "La Regle du Jeu" media qurumu fransılz siyasətçi Marin le Penin fəaliyyəti barədə bu baxımdan tənqidi yazı yazıb: “Milli cəbhə”nin yüksəlişi ilə bağlı narahatçılığın birinci səbəbi onun proqramının önəmsizliyi barədə danışmamaq bacarıqsızlığıdır. Onunla bağlılıq qorxuludur. Fransada bir ekspert varmı, bu proqramın ölkəni fəlakətə aparacağı ilə bağlı şübhəyə düşsün? Bir iqtisadçı varmı, avrodan imtina etməyin kütləvi kapital itkisinə, bankların mövqeyinin zəifləməsinə, investisiya və istehlakın aşağı düşməsinə, ağlasığmaz qiymət artımına və sərt iqtisadi siyasətə, işsizliyə səbəb olacağını anlasın?
Burada söhbət həm də partiya liderinin obrazından, onun yarımüsyançı tonundan, güclə saxladığı aqressiyasından, “anqlo-saks banksterlərinə ölüm”, “fransız pasportlu amerikanlara ölüm” ruhunda olan bəyanatlarından gedir. Bizdə əvvəlki kimi, çoxları onun atasını xatırlayır. Amma qızının hərəkətləri ilə bağlı danışmaq daha müəmmalıdır”.
Qeyd edilir ki, daha bir məqam Marin Le Penin bələdiyyə seçkilərinə göndərdiyi namizədlərlə bağlıdır: “Biz bununla bağlı araşdırma apardıq. Biz “Milli Cəbhə”dən olan 100 namizədin adını açıqladıq. Onların içərisində heyrətamiz dərəcədə çoxlu məhkum olunmuş, kontrabandaçı, ikrah doğuran dələduzlar və nasist salamlaması ilə selfie çəkən digərləri vardı.
Onun öz ölkəsinə qarşı qəribə davranışları da narahatçılığa əsas verir. Bu davranışlar ən azından, ölkəyə sevgi qoxumur. O, öz ölkəsinə düşmən olanların xeyirxah dostudur. Burada söhbət beynəlxalq münasibətlərdən və kəskin böhran situasiyalarından gedir. Ölkə riskli hərbi və siyasi əməliyyatlara qatılanda, hər kəsdən minimum həmrəylik və cavabdehlik hissi tələb olunur. 20 il öncə Əlcəzairdə yeganə günahı fransızca danışmaq olan müəllim, vəkil və digərləri qətl ediləndə, onun atası frankofobların tərəfini saxlamışdı və bildirmişdi ki, “Silahlı İslam qruplaşması”nın millətçi hərəkatını dəstəkləyir. Amma qızı atasını da ötüb keçib. Onun ölkəsinin təyyarəçiləri və əsgərləri Liviyada riskli döyüşə gedərkən, o, Liviyanın tərəfini saxlayır.
Həmin təyyarəçilər Bəşər Əsədin kimyəvi silah anbarlarına zərbə endirməyə hazırlaşarkən, o, yenə də adekvat mövqe tutur”.
Daha sonra Marin Le Penin Rusiya prezidenti Vladimir Putin qarşısında “şlyapasını çıxardığı” qeyd olunur, buna qısqanc yanaşılır: “O, məhz Putinə qeyd-şərtsiz dəstək təklif edir”.

İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Yerevan meri postuna seçkilərdə xeyli qanun pozuntusu və insident qeydə alınıb
24.09.2018
Aşot Qriqoryan: “Bu gün Ermənistanın yürütdüyü siyasət acınacaqlı vəziyyətdədir”
24.09.2018
Minsk şəhərində “Bakı Bulvarı”
23.09.2018
İrəvanda “ölü canlar” da seçki bülletenlərinə salınıb
22.09.2018
Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info