Avropa Olimpiya Komitələrinin Prezidenti Bakı 2015 Avropa Oyunlarının qonağı olub
Tarix: 23.09.2014 | Saat: 20:23:00 | E-mail | Çapa göndər


Avropa Olimpiya Komitələrinin prezidenti Patrik Hikkinin Bakıya növbəti səfəri başa çatıb. Səfər zamanı ona Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsi tərəfindən işlərin gedişi barədə ən son məlumatlar verilib.
Əməliyyat Komitəsindən verilən məlumata görə, Patrik Hikki gələn il keçiriləcək İlk Avropa Oyunlarına hazırlıqları müzakirə etmək məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən qəbul edilib.
Prezident Hikki Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Avropa Oyunlarının Rəsmi Tərəfdaşı elan olunduğu tədbirdə Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin baş icraçı direktoru Azad Rəhimovla yanaşı imzaatma mərasiminin xüsusi qonağı olub.
Beynəlxalq Olimpiya Komitələrinin Direktorlar Şurasının üzvü və İrlandiyanın Olimpiya Şurasının prezidenti Hikki söyləyib: “Bakı 2015 komandası tərəfindən son aylar ərzində əldə edilmiş belə əhəmiyyətli irəliləyişi görmək məni hədsiz dərəcədə ruhlandırdı. Bu, inkişaf etdirilmiş və təkmilləşdirilmiş idman proqramı barədə son məlumatları almaq üçün dəyərli imkan idi.
Mən əminəm ki, Bakı 2015 bütün dünya üzrə çox növlü idman yarışları standartını yaradacaq ilk Avropa Oyunlarının innovativ və mükəmməl surətdə keçirilməsi ilə bağlı bizim gözləntilərimizi doğruldacaq.
Mən cənab nazir Azad Rəhimova, Əməliyyatlar üzrə Baş Direktor cənab Saymon Kleqə və bütün Bakı 2015 Avropa Oyunları komandasına mənə ayırdıqları vaxta və bir daha Azərbaycandakı qonaqpərvərliyə görə minnətdarlığımı bildirmək istərdim”.
Prezident Hikki təşkilatın yeni baş ofisinə gəlmiş və Heydər Əliyev Beynəlxalq Hava Limanının yeni terminalı ilə tanış olub.
ARDNŞ ilə Rəsmi Tərəfdaşlığa imzaatma mərasimində cənab Hikki beynəlxalq media üçün qitənin ilk çox saylı idman yarışı ilə bağlı Avropa Olimpiya Komitələrinin konsepsiyasını və Avropa Oyunlarına ev sahibliyi etməyin Azərbaycan üçün davamlı mənfəət gətirəcəyini açıqlayıb.
Bakı 2015-in Əməliyyatlar üzrə baş direktoru Saymon Kleq deyib: “Prezident Hikkinin səfəri bizim üçün həmişə böyük şərəfdir və bu, bütün planlarımız barədə ona ən son məlumatları çatdırmaq üçün gözəl fürsət idi.
AOK prezidentinin bizim işimizdəki irəliləyişlərlə bağlı əminliyi bizi daha da həvəsləndirir. Biz Avropa Oyunlarına doğru irəlilədikcə onun fikirləri və tövsiyələri bizim komandamızı bütün Avropanın fəxr edəcəyi idman tədbirinin keçirilməsinə ruhlandıracaq”.
2015-ci ilin 12-28 iyun tarixlərində keçiriləcək Bakı 2015 Avropa Oyunları Avropa qitəsi üçün çoxsaylı idman növləri üzrə baş tutacaq çox maraqlı və innovativ yarışlar olacaq.
Bakı 2015 Avropa Oyunları ümumilikdə 20 idman növü üzrə keçiriləcək: bunlardan 16-sı Olimpiya idman növü, dördü qeyri-olimpiya idman növü olacaq. Avropanın müxtəlif ölkələrindən 6000-dən çox idmançının 17 yarış günü müddətində öz ölkələrini təmsil edəcəyi gözlənilir.
Doqquz idman növü 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunları üçün seçmə yarışlara imkan yaradacaq. Həmin idman növlərinə Oxatma, Yüngül atletika, Velosiped idmanı, Atıcılıq, Üzgüçülük, Stolüstü tennis, Taekvondo, Triatlon və Voleybol daxildir.
Avropa Oyunlarının keçirilməsi 2012-ci ilin dekabr ayında Avropa Olimpiya Komitələri (AOK) tərəfindən Bakı şəhərinə həvalə olunub. Bakı Avropa Oyunları Əməliyyat Komitəsi (BEGOC) AOK ilə əməkdaşlı şəkildə Oyunları təşkil və idarə edəcək.
Tural




 
Bölməyə aid digər xəbərlər
24.06.2019
Xarici diplomatlar DOST mərkəzi ilə tanış olublar
24.06.2019
Azərbaycanda ilk dəfə olaraq minimum əmək haqqı yaşayış minimumunu üstələyir
23.06.2019
Naxçıvanda kənd təsərrüfatı məhsullarının satış yarmarkasında bolluq və ucuzluqdur
22.06.2019
Naxçıvan Muxtar Respublikası əhalisinin sayı 457 min nəfərə çatır
22.06.2019
Yevlaxda dövlət qulluğunda fərqlənənlər mükafatlandırılıb

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10815

1 Minimum aylıq əməkhaqqı artırıldı- Prezident Sərəncam imzaladı
2 Müəllimlərin maaşı artdı - 20 faiz
3 “Balımı daha da artırıb Prezident təqaüdü almaq niyyətindəyəm”
4 Yeni naziri kollektivə Ramiz Mehdiyev təqdim etdi
5 Masallının Lürən kəndində yeni tibb məntəqəsi açılıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info