Metroda tibb məntəqələrinin yaradılması gözlənilir
Tarix: 23.09.2014 | Saat: 20:26:00 | E-mail | Çapa göndər


Bakı Metropolitenində həkim personalının xidmət göstərəcəyi tibb məntəqələrinin yaradılması ilə bağlı müvafiq qurumlarla müzakirələr aparılır. Bununla bağlı "Bakı Metropoliteni" QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev deyib.
Şöbə rəisinin sözlərinə görə, hazırda Bakı Metropolitenində bir neçə stansiyada tibbi xidmət otaqları olsa da, onlar sərnişinlər üçün yox, metronun öz işçiləri, xüsusən də maşinistlər üçün nəzərdə tutulub: “Bakı Metropolitenində tibb məntəqələri yoxdur, lakin bir neçə stansiyada tibbi xidmət otağı, ilkin tibbi yardım üçün nəzərdə tutulan ləvazimat və dərmanlar var. Lakin onlar Metropoliten işçiləri, əsasən da maşinistlər üçün nəzərdə tutulub. Sərnişinlər üçün isə tibb məntəqəsi və ya onlara tibbi yardım göstərəcək ayrıca personal yoxdur. Lakin bununla bağlı planlarımız var və müvafiq qurumlarda müzakirələr aparıb stansiyalarda tibbi personalın olduğu məntəqələr yaratmağa çalışırıq”.
N.Paşayev qeyd edib ki, zəruri ehtiyac yarandıqda sərnişinlərə ilkin tibbi yardım metronun əməkdaşları tərəfindən göstərilir, eyni zamanda, təcili yardım stansiyasına məlumat verilir: “Hələ elə bir hal olmayıb ki, bizdə tibbi yardıma ehtiyac olan şəxsə ilkin tibbi yardım göstərilməsin. İlkin tibbi xidmətdən sonra ehtiyac yaranarsa, dərhal təcili yardım stansiyasına xəbər verilir. İndiyədək çağırılan təcili tibbi yardım briqadalarının gecikməsinin də şahidi olmamışıq. Çünki demək olar ki, metronun bütün stansiyaları ətrafında təcili yardım maşınları olur və onlar da tez, vaxtında çatırlar. Təbii ki, burada söhbət insan həyatından və dərhal tibbi müdaxilədən gedirsə, biz də istəyirik ki, Metropolitenin özündə sərnişinlərə zəruri hallarda təcili tibbi yardım göstərən konkret tibbi personal olsun. Bundan əlavə, hazırda Metrpolitenin stansiyalarının, eləcə də işçilərinin sayı artır. Ona görə də bu gün Metropolitendə buna ehtiyac var”.
Məsələ ilə bağlı Trend-in sorğusuna cavab olaraq Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının (BŞTTTYS) baş həkiminin müavini Oqtay Şahmalıyev bildirib ki, Bakı Metropolitenindən təcili tibbi yardım stansiyalarına gün ərzində 4-5, ay ərzində isə orta hesabla 100-120 çağırış daxil olur: “Metroda həm platformaya sərnişinlər üçün, həm də giriş-çıxışlara çağırışlar olur. Bəzən elə olur ki, metronun öz işçilərinin də halı xarab olur. Çağırışlar müxtəlif xəstəliklərlə, adətən isə bayılma, özündəngetmə, böyrək ağrısı, halın pisləşməsi ilə bağlı olur”.
Metroda ölüm hallarının baş verməsinə gəlincə, O.Şahmalıyev qeyd edib ki, təəssüf ki, belə faktlara da rast gəlinir: "Bizdə bununla bağlı konkret statistika aparılmır, amma metroda ölüm hallarına çox nadir də olsa, rast gəlinir. Məsələn, elə dünən sentyabrın 22-də səhər bir ölüm qeydə alınıb. Vətəndaş tibbi yardım briqadası gələnə qədər keçinmişdi".
Tural




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Səkkiz ayda istehsal edilmiş tikinti materiallarının dəyəri 31,7 faiz artıb
22.09.2018
Samux rayonunda 11 min tondan çox tərəvəz istehsal olunub
22.09.2018
“Azeri Light”ın qiyməti bahalaşıb
21.09.2018
İlk “KOB Dostu” sahibkarların xidmətində
21.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info