Əlilliyi olan şəxslər üçün yeni reabilitasiya xidməti növləri yaradılacaq
Tarix: 23.09.2014 | Saat: 20:30:00 | E-mail | Çapa göndər


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşlarından ibarət nümayəndə heyəti Litva Respublikasında səfərdə olub. Avropa İttifaqının “Əlilliyi olan şəxslər üçün tibbi-sosial reabilitasiya sisteminin inkişaf etdirilməsi istiqamətində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə dəstək” Tvinninq layihəsi üzrə həyata keçirilən səfər zamanı tibbi-sosial reabilitasiya sistemi, əlilliyi olan şəxslər üçün yeni reabilitasiya xidməti növlərinin tətbiqi sahəsində təcrübə mübadiləsi aparılıb. Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədovun başçılıq etdiyi nümayəndə heyəti səfər çərçivəsində Litvanın əmək və sosial müdafiə nazirinin müavini Alqirdas Şeşelqislə, nazirliyin sosial inteqrasiya və əmək qabiliyyətini itirmiş şəxslərlə iş üzrə strukturlarının məsul şəxsləri ilə görüşlər keçirib. Görüşlərdə müvafiq qanunvericilik bazalarının təkmilləşdirilməsi, yeni reabilitasiya xidməti növlərinin tətbiqi yolu ilə əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiya imkanlarının genişləndirilməsi, habelə onların əmək bazarına çıxışının səmərəli dəstəklənməsi sahəsində mövcud hüquqi baza və iş təcrübələri barədə qarşılıqlı məlumatlar verilib. Həmçinin Vilnüs və Kaunas şəhərlərinin reabilitasiya mərkəzlərinin iş prosesi, onlarda aparılan reabilitasiya metodları ilə tanışlıq olub, praktiki təcrübə mübadiləsi aparılıb. Səfər zamanı iki ölkə arasında tibbi-sosial reabilitasiya sahəsində əməkdaşlığın davam etdirilməsi, Azərbaycan Respublikasında tibbi-sosial ekspertiza və reabilitasiya sahəsinin mütəxəssisləri üçün Litva təcrübəsi ilə əlaqədar təqdimatın keçirilməsi və s. ilə bağlı yekdil fikir ifadə olunub.
Xatırladaq ki, qeyd olunan Tvinninq layihəsi Azərbaycanda əlilliyi olan şəxslər üçün tibbi-sosial reabilitasiya sisteminin inkişaf etdirilməsində Fransa, Almaniya və Litva ilə əməkdaşlığı və təcrübə mübadilələrinin aparılmasını nəzərdə tutur.

İlkin







 
Bölməyə aid digər xəbərlər
24.04.2019
3 ayda Azərbaycan əhalisinin gəlirləri artaraq 12 milyard manatdan çox olub
24.04.2019
Övladlığagötürmədə bu tələblər də əksini tapacaq
24.04.2019
Yaxın vaxtlarda yataqxanalardakı 1200 məcburi köçkün ailəsi yeni mənzillərə köçürüləcək
24.04.2019
Övladlığagötürmə: Yeni idarəetmə modelində valideyn-namizədlərin mənzil şəraiti və gəlirləri ilə bağlı tələblər də əksini tapacaq
24.04.2019
Əlilliklə bağlı göndərişlərin rəsmiləşdirilməsi İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən də həyata keçiriləcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10758

1 Tarixin ibrət dərsləri...
2 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
3 Ermənistanda daha 400-ə yaxın məmur işdən qovulacaq
4 Gülnar Səmanın kitabının təqdimatı keçiriləcək
5 “Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info