“Ann Brasör görüş zamanı dedi ki, sizin ölkəniz ötən müddətdə fantastik inkişaf yolu keçib”
Tarix: 23.09.2014 | Saat: 20:54:00 | E-mail | Çapa göndər


"20 ildən bir qədər artıq müddətdə Azərbaycan ikinci "Əsrin müqaviləsi"nin təməlqoyma mərasimini keçirdi. Bu isə həqiqətən də kiçik bir dövlət üçün, müsəlman dövləti üçün, mürəkkəb geosiyasi münasibətlərin cəmləşdiyi, maraqların toqquşduğu ərazidə yerləşən bir ölkə üçün çox böyük nailiyyətdir". Bunu jurnalistlərə açıqlamasında Prezident Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov deyib.
N.Məmmədovun sözlərinə görə, bunun rəmzi tərəfi də odur ki, Azərbaycan bir "Əsrin müqaviləsi"nin 20 illiyini keçirə-keçirə ikinci "Əsrin müqaviləsi"nin təməlqoyma mərasimini keçirdi: "Bu həm də ona görə yaxşıdır ki, biz artıq birinci "Əsrin müqaviləsi"nin nəticələrini görürük. O dövrdə həmin "Əsrin müqaviləsi"ni böyük, dahi siyasətçi, ümummilli lider Heydər Əliyev imzalayanda hərə bir söz dedi, bir mövqe bildirdi. Amma ümummilli lider Heydər Əliyev bildirdi ki, bu, Azərbaycan xalqı, dövləti və dövlətçiliyi üçün, Azərbaycanın gələcəyinin inkişafı üçün çox böyük hadisədir. Ona görə də bunu "Əsrin müqaviləsi" adlandırdı".
PA rəsmisi qeyd edib ki, bu işin ən gözəl tərəfi budur ki, ümummilli lider Heydər Əliyevin qoyduğu yolun davamçısı bunu davam etdirdi: "Bu yoldan sapma olmadı. Ona görə də bu günə qədər elə xarici ölkə nümayəndəsi, dövlət başçısı, baş naziri, naziri olmayıb ki, bura gələndə Azərbaycanın nə qədər güclü inkişaf yolu keçdiyini qeyd etməsin. Elə bu gün bir görüş oldu, bunu nümunə kimi deyirəm. Avropa Şurası Parlament Assambleyasının sədri Ann Brasör əslində başqa məsələlərlə məşğul olan şəxsdir, amma görüş zamanı dedi ki, sizin ölkəniz ötən müddətdə fantastik inkişaf yolu keçib. Həqiqətən də belədir. Belə bir deyim var ki, uca dağın möhtəşəmliyini görmək üçün ona kənardan baxmaq lazımdır".
N.Məmmədov deyib ki, 20 il ərzində regionda, beynəlxalq aləmdə tutduğumuz mövqeyi hərtərəfli araşdırsaq, bizdən 5, 10, 20, 50 il əvvəl müstəqillik qazanmış dövlətlərin bugünkü durumuna nəzər salsaq görərik ki, Azərbaycan doğrudan da müstəsna bir vəziyyətdədir: "Baxmayaraq ki, bizim ərazilərimizin 20 faizi işğal altındadır, biz müharibə vəziyyətindəyik. Amma hər bir dövlətin qarşısında duran vəzifə o ölkənin əhalisinin rahat yaşamasını və inkişafını təmin etməkdir. Bu nöqteyi-nəzərdən Azərbaycan yeganə ölkələrdən biri sayıla bilər. Xüsusilə də İslam aləmində".
PA rəsmisi hesab edir ki, hələ birinci "Əsrin müqaviləsi" Azərbaycan üçün, Azərbaycan xalqı üçün bütün sahələr üzrə öz töhfələrini verir və buna ikinci bir "Əsrin müqaviləsi"nin töhfələri əlavə olunacaq.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev şənbə günü Səngəçal terminalında "Cənub Qaz Dəhlizi"nin təməlqoyma mərasimində iştirak edib.
Sentyabrın 20-də Səngəçal terminalında dövlət və hökumət başçılarının iştirakı ilə "Cənub Qaz Dəhlizi"nin təməlqoyma mərasimi olub.
Azərbaycan Prezidenti İlham Əliyev və təməlqoyma mərasiminin digər iştirakçıları rəmzi olaraq xüsusi qəliblərin üzərində əl izlərini qoyublar.
Sonra Azərbaycan Prezidenti İlham Əliyev, Gürcüstanın Baş naziri İrakli Qaribaşvili, Türkiyənin energetika və təbii sərvətlər naziri Taner Yıldız, Yunanıstanın Baş naziri Antonis Samaras, Bolqarıstan Prezidenti Rosen Plevneliev, Albaniyanın energetika naziri Damian Qjiknuri, İtaliyanın iqtisadi inkişaf nazirinin müavini Klaudio de Vinsenti, Monteneqronun Baş naziri Milo Cukanoviç, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ticarət və investisiyalar naziri Lord Livinqston, ABŞ Dövlət Departamentinin beynəlxalq enerji məsələləri üzrə xüsusi nümayəndəsi Amos Hokstayn, BP şirkətinin baş icraçı direktoru Robert Dadli, Azərbaycanın energetika naziri Natiq Əliyev və ARDNŞ-nin prezidenti Rövnəq Abdullayev "Cənub Qaz Dəhlizi"nin təməlinə qoyulacaq ilk borunu imzalayıblar.
Tural




 
Bölməyə aid digər xəbərlər
22.04.2019
Müxalifətdaxili ziddiyyətlər nə zaman bitəcək?
22.04.2019
Azərbaycan Respublikası Burundi qaçqınlarına yardım edib
22.04.2019
51 icra məmuru ədliyyə orqanlarından xaric edilib
22.04.2019
“Israel Hayom” qəzeti: “Azərbaycan müqəddəs Odlar Yurdudur”
20.04.2019
ABŞ səfiri Azərbaycan və Ermənistan XİN rəhbərlərinin növbəti mümkün görüşünü alqışlayır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10757

1 Tarixin ibrət dərsləri...
2 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
3 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub
4 “Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib
5 Gülnar Səmanın kitabının təqdimatı keçiriləcək


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info