“Blokada şəraitində yaşayan Naxçıvanda müşahidə etdiyim sürətli inkişaf məni heyrətləndirdi”
Tarix: 23.09.2014 | Saat: 21:25:00 | E-mail | Çapa göndər


Naxçıvan Muxtar Respublikasına ilk dəfədir gəlirəm. Müşahidələrimə əsasən deyə bilərəm ki, dünyada Naxçıvan kimi gözəl, tarixi abidələrlə zəngin ikinci bir şəhər yoxdur. 20 ildən çoxdur ki, blokada şəraitində yaşayan bir məkanın bu səviyyədə sürətlə inkişaf etməsi məni heyrətləndirdi. Fikrimcə, bu inkişaf insan amili ilə bağlıdır. Belə hesab edirəm ki, Vətəni sevmək, onun uğrunda çalışmaq, yüksəlişinə nail olmaq hər bir naxçıvanlının amalı olub. Məhz buna görə də qədim Naxçıvan bu cür sürətlə inkişaf edib.
Bu sözləri MDB ölkələrinin sənayedə təhlükəsizlik üzrə Dövlətlərarası Şurasının Naxçıvan Muxtar Respublikasında keçirilmiş XII iclasının iştirakçısı, Tacikistan Hökuməti yanında Dövlət Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Xidmətinin rəisi Salomzoda Sidjouddin söyləyib.
S.Sidjouddin onu da bildirib ki, son illər Azərbaycan Respublikası sürətli iqtisadi inkişafı ilə diqqəti cəlb edir. Bu inkişafı Bakı şəhəri və Azərbaycanın digər regionları kimi, Naxçıvan Muxtar Respublikasının timsalında da görmək olar.
“Muxtar respublikada infrastruktur çox yüksək səviyyədədir. İstər şəhərdə, istərsə də kəndlərdə çox gözəl binalar tikilib, yollar ən müasir səviyyədə qurulub. Yaşıllığa xüsusi diqqət yetirildiyi hiss olunur”, – deyən Tacikistan Hökuməti yanında Dövlət Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Xidmətinin rəisi onu da əlavə edib ki, bütün bunlar muxtar respublikada turizmin inkişafına geniş imkanlar açır.
Naxçıvanda möhtəşəm tarixi abidələrin, Əshabi-Kəhf kimi müqəddəs məkanların olduğunu deyən Salomzoda Sidjouddin burada tarixi yerlərə göstərilən xüsusi diqqətə heyran qaldığını bildirib: “Muxtar respublikada min illərin tarixi ilə həmyaşıd olan abidələr qorunub saxlanılmaqla yanaşı, həm də bərpa edilib. Bu, məni çox sevindirir. Çünki Azərbaycan, Naxçıvan tacikistanlılar üçün də doğmadır, əzizdir”.
Duzdağ Fizioterapiya Mərkəzindən də söz açan tacikistanlı qonaq bu məkanın bütün dünya xalqları üçün əhəmiyyətli şəfa mənbəyi olduğunu xüsusi vurğulayıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
12.11.2018
Yol polisi Bakıda yük daşıma fəaliyyəti ilə məşğul olan nəqliyyat vasitələri sahiblərinə müraciət edib
12.11.2018
Dövlət Gömrük Komitəsinin Akademiyasında Konstitusiya Günü qeyd olunub
12.11.2018
Bakıdan Misirin Şarm əl-Şeyx şəhərinə birbaşa çarter reysi açılıb
12.11.2018
Daşkənddə Dövlət Bayrağı Günü qeyd olunub
08.11.2018
Yük maşınlarının Bakıya daxil olması üçün marşrutlar müəyyən edilib

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10456

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info