Bakıda keçiriləcək Qran-Pri canlı yayımlanacaq
Tarix: 23.09.2014 | Saat: 22:58:00 | E-mail | Çapa göndər


Bakıda təşkil olunacaq şahmat üzrə Qran-Pri turnirinin bütün partiyaları birbaşa göstəriləcək. Görüşlər rəsmi sayt - “baku2014.fide.com” vasitəsilə canlı yayımlanacaq. Şahmat partiyaları Azərbaycan və ingilis dillərində tanınmış qrossmeysterlər və məşqçilər tərəfindən şərh olunacaq.
Azərbaycan dilində partiyaları məşqçi, beynəlxalq usta Anar Allahverdiyev və yeniyetmələr üzrə millinin çalışdırıcısı, qrossmeyster Fərid Abbasov təqdim edəcəklər. Azərbaycanı turnirdə 2 qrossmeyster - Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov təmsil edəcək. Eyni zamanda, Bakıdakı Qran-Pridə Fabiano Karuana (İtaliya), Aleksandr Qrişuk (Rusiya), Hikaru Nakamura (ABŞ), Sergey Karyakin (Rusiya), Lenyer Dominqes (Kuba), Boris Gelfand (İsrail), Pyotr Svidler (Rusiya), Dmitri Andreykin (Rusiya), Rüstəm Qasımcanov (Qazaxıstan) və Yevgeni Tomaşevski ( Rusiya) iştirak edəcək. Qeyd edək ki, qaydalara əsasən, turnirə 16 şahmatçı qatılacaq və hər zəka sahibi 3 mərhələdə qüvvəsini sınayacaq. 4 ölkədə baş tutacaq 4 mərhələ oktyabrda başlayıb, gələn ilin mayında başa çatacaq. Qran-Prinin açılış mərasimi oktyabrın 1-də yarışın keçiriləcəyi Şəhriyar adına Mədəniyyət mərkəzində olacaq. İlk tur oktyabrın 2-də saat 15:00-da start götürəcək.




 
Bölməyə aid digər xəbərlər
18.11.2018
Paracüdoçularımız dünya çempionatını on medalla başa vurublar
18.11.2018
UEFA Millətlər Liqası: İngiltərə növbəti mərhələyə yüksəlib
18.11.2018
Azərbaycan gimnastı Abdulla Əl-Məşayxi: Mübarizə çətin idi
18.11.2018
“Messi ilə Ronaldo Qızıl Top-a layiq deyillər”
18.11.2018
Millətlər Liqası: Türkiyə İsvevçə məğlub oldu

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info