AFFA-dan saxtakarlıq edən məşqçiyə 1 illik cəza
Tarix: 23.09.2014 | Saat: 22:59:00 | E-mail | Çapa göndər


Azərbaycan çempionatının I divizionunda saxtakarlıq faktı qeydə alınıb. AFFA İntizam Komitəsi III turun “Mil-Muğan” - “Turan-T” matçında baş verənləri araşdırıb, qarşılaşmada olan qanunsuzluğu təsdiqləyib.
Belə ki, oyun bitdikdən sonra “Turan-T” klubu protokolda etiraz qeyd edib.
Tovuzlular “Mil-Muğan” komandasının 3 nömrəli futbolçusu, 30.05.1993 tarixində anadan olan Fərid İbrahimlinin əvəzinə klubun digər futbolçusu doğum tarixi 11.11.1990 olan Orxan Məhərrəmovun iştirak etdiyini bildirib. Nəticədə matçın hakiminin iştirakı ilə hər iki futbolçunun sənədləri yoxlanılıb və həqiqətən də hadisənin yuxarıda qeyd olunduğu kimi olduğu aşkarlanıb. İntizam Komitəsi bütün bunları nəzərə alaraq “Mil-Muğan”a limiti pozduğuna görə 0:3 hesablı texniki məğlubiyyət verilməsini lazım bilib və klubu 1000 manat cərimə edib. Qaydalara əsasən matçda göstərilmiş sarı vərəqələr qüvvədə qalır, vurulmuş qollar ləğv edilir. “Mil-Muğan”ın baş məşqçisi Mətləb Məmmədov saxtakarlığa yol verdiyinə görə 12 aylıq futbol fəaliyyətindən kənarlaşdırılıb, klub 1000 manat cərimə olunub. Bundan başqa, qarşılaşma futbolçuların hakimi təhqir etməsi ilə yada qalıb. “Turan-T”nin üzvləri Rəşad Orucov və Taleh Qasımov bu hərəkətləri onların hər birinin 4 oyunluq cəzaya, Tovuz təmsilçisinin ümumilikdə 800 manat cəzalamasına səbəb olub. Yığıncaqda Topaz Premyer Liqasının VI turunun oyunlarında beş verənlər də müzakirə olunub və müvafiq qərarlar çıxarılıb. Nəticədə 3 kluba pul cəzası verilib. Qurum “Bakı”nın məşqçisi Muarem Zekiru 1 oyun cəzalandırıb və kluba 1000 manat cərimə kəsib. Buna səbəb çalışdırıcının “İnter”lə səfər oyununun 30-cu dəqiqəsində texniki zona qaydalarını pozduğuna görə meydandan kənarlaşdırılmasıdır. “Sumqayıt” - AZAL matçında qonaqların 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat ödəməli olacaq. “Qəbələ” - “Neftçi” görüşündə 4 sarı vərəqə alan qonaqların da cəzası eyni olub.




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Yaponiyalı bacı-qardaşın qələbə sevinci
21.09.2018
Messi UEFA Çempionlar Liqasında həftənin futbolçusu seçilib
21.09.2018
Makqreqor Nurmaqomedovu qorxaq adlandırıb
21.09.2018
Azərbaycanda həndbolun inkişafına kömək göstərməyə hazırıq
21.09.2018
UEFA Avropa Liqası: “Sportinq“ - “Qarabağ“ 2-0

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10128

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 “Mübariz İbrahimov təkbaşına bir çox işğalçını məhv edərək şəhidlik zirvəsinə ucalıb”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info