Bəzi Avropa qurumlarının qeyri-obyektiv mövqeyi cəmiyyətdə narazılıqla qarşılanır
Tarix: 23.09.2014 | Saat: 23:42:00 | E-mail | Çapa göndər


Azərbaycanda səfərdə olan Avropa Şurası Parlament Assambleyasının sədri xanım Ann Brassör Milli Məclisdə təmsil olunan siyasi partiyaların nümayəndələri ilə görüşüb. Görüşdə Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, deputat Siyavuş Novruzov ölkəmizin Avropa strukturları ilə sıx əməkdaşlıq etdiyini və Avropaya inteqrasiya istiqamətində daim irəlilədiyini söyləyib.
Dağlıq Qarabağ münaqişəsindən danışan S.Novruzov bildirib ki, bu münaqişə nəticəsində Azərbaycan ərazisinin 20 faizi Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib, bir milyondan artıq azərbaycanlı öz ölkəsində qaçqın və məcburi köçkünə çevrilib və onların hüquqları kobudcasına pozulub. Lakin təəssüf ki, beynəlxalq ictimaiyyət belə ciddi bir məsələyə biganə münasibət nümayiş etdirir. Bu günlərdə Avropa Parlamenti növbəti dəfə Azərbaycanla bağlı əsassız, qərəzli qətnamə qəbul edib. Həmin qətnamədə bir sıra məqamlarda AŞPA-ya da istinad olunub. Amma Azərbaycana qarşı işğalçılıq siyasəti həyata keçirən Ermənistanda insan haqları sahəsində vəziyyət acınacaqlı olsa da, bu ölkə əleyhinə heç bir tədbir görülmür.
S.Novruzov A.Brasörün cəbhə bölgəsində həlak olmuş günahsız insanların valideynləri və Xocalı soyqırımı qurbanlarının yaxınları ilə də görüşməsini məqsədəuyğun hesab etdiyini diqqətə çatdırıb.
Görüşdə iştirak edən siyasi partiyaların təmsilçiləri təəssüflə bildiriblər ki, Avropanın bəzi qurumlarının Azərbaycanla bağlı qeyri-obyektiv mövqeyi cəmiyyətdə narazılıqla qarşılanır. Çünki bu təşkilatlar ölkəmizin əsas problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə ikili standartlardan yanaşırlar. Həmin qurumlar 20 ildən çox müddətdə ərazilərimizin bir qismini işğal altında saxlayan Ermənistana qarşı heç bir tədbir görmürlər. Ona görə də bu təşkilatların hər hansı mövqeyi artıq Azərbaycan cəmiyyətində ciddi qəbul olunmur.
AŞPA-nın sədri Ann Brasör Azərbaycan parlamentində təmsil olunan siyasi partiyaların fəaliyyəti və onların iş prinsipləri ilə maraqlanıb.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
“Azərbaycan qazının Avropaya çatması tarixi hadisə olacaq”
18.09.2018
ABŞ ilə Çin arasındakı danışıqlar gərgin mərhələyə qədəm qoyub
18.09.2018
NATO Azərbaycanın beynəlxalq təhlükəsizliyə verdiyi töhfəni alqışlayır
18.09.2018
Bakıda Azərbaycan və Türkiyə əsgərlərini eyni sırada görmək tarixlərə işıq saçan xoşbəxtlikdir
18.09.2018
Ölkəmizə faydalı vətəndaşlar yetişdirməyə çalışırıq

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info