“Son 20 ay ərzində 3 milyon əhali “ASAN xidmət“dən faydalana bilib”
Tarix: 24.09.2014 | Saat: 16:10:00 | E-mail | Çapa göndər


"ASAN xidmət" mərkəzlərinə gün ərzində 2 mindən çox vətəndaş baş çəkir. Hazırda 6 ölkədə xidmət göstərən mərkəz var. Son 20 ay ərzində 3 milyon əhali "ASAN xidmət"dən faydalana bilib. Buradakı vətəndaş məmnunluğunun səviyyəsi 98%-ə qalxıb. Xidmətin yaxşılaşdırılması istiqamətində işlər davam etdirilir".
Bunu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN xidmət) sədri İnam Kərimov Azərbaycan Respublikasının Avropa Şurası Nazirlər Komitəsində (AŞ NK) sədrliyi çərçivəsində Bakıda “İnsan hüquqları və qabaqcıl idarəetmə kontekstində dövlət xidmətlərinin göstərilməsi” mövzusunda keçirilən beynəlxalq konfransın açılış mərasimində çıxışı zamanı bildirib.
Azərbaycanın AŞ NK-ya sədrliyi dövründə Azərbaycanın AŞ ilə əlaqələrinin daha da gücləndiyini deyən Dövlət Agentliyi sədrinin sözlərinə görə, Bakıda belə bir mövzuda konfransın keçirilməsi Azərbaycan üçün çox vacibdir: "Çünki bu mövzu çox genişdir və bizim üçün əhəmiyyətlidir. Bu məsələ hazırda Azərbaycan üçün prioritet istiqamətlərdəndir. Prezident İlham Əliyevin rəhbərliyi altında bu sahədə ölkədə böyük islahatlar həyata keçirilib".
Azərbaycanda "ASAN xidmət"in yaradılması və onun vətəndaşlara xidmət göstərilməsində rolu barədə geniş məlumat verən İ.Kərimov qeyd edib ki, şəaffaflıq bu xidmətin işində əsas prinsipidir. Onun fikrincə, bu sistem Azərbaycan cəmiyyətində dövlət qurumları tərəfindən vətəndaşlara xidmət sahəsində yeni mühit yaradıb. Şəffaflıq, korrupsiyaya qarşı mübarizə, vətəndaşlara səmərəli xidmət göstərilməsi insanlar tərəfindən müsbət qarşılanır.
Agentlik rəhbəri bildirib ki, hazırda Azərbaycan qabaqcıl təcrübədən çıxış edərək vətəndaşlara daha yaxşı dövlət qulluğu göstərməyə çalışır.
İ.Kərimov dövlət qulluğu göstərən qurumların beynəlxalq assosiasiyasının yaradılmasını təklif edib. Onun fikrincə, bu sahədə beynəlxalq təcrübə mübadiləsi aparmaqla daha çox uğur əldə etmək olar
Tural




 
Bölməyə aid digər xəbərlər
26.09.2018
AccessBank taksi xidmətləri üzrə tender elan edir
25.09.2018
Mərkəzi Klinikanın həkimləri vətəndaşları ödənişsiz müayinə edəcəklər
25.09.2018
Məcburi köçkünlərlə növbəti görüş keçirilib
25.09.2018
Qəbələdə 8 yaşayış məntəqəsinin yolunun yenidən qurulması yekunlaşır
25.09.2018
Nazir müavini: Pensiya təyinatı proseduru elektronlaşdırılacaq

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10145

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info