ABŞ “İŞİD”i yenə vurdu
Tarix: 24.09.2014 | Saat: 16:22:00 | E-mail | Çapa göndər


Vaşinqton "İŞİD"in Suriya və İraqdakı mövqelərinə yeni hava zərbələri endirib. “RİA Novosti” agentliyinin məlumatına görə, bu barədə ABŞ Silahlı Qüvvələrinin (CENTCOM) Mərkəzi komandanlığının məlumatında deyilir.
"Ötən gecə havadan iki zərbə Suriyadakı əməliyyatın bir hissəsi kimi həyata keçirilib, nəticədə silahla yüklənmiş bir avtomobil zədələnib, digəri isə Deyr-əz-Zor şəhərinin cənub-qərbində məhv edilib", - Mərkəzi komandalıqdan bildirilib.
"İŞİD"in mövqelərinə endirilən aviazərbələrinin ümumi sayı 194-ə çatıb, o cümlədən 16-sı Suriyaya endirilib. ABŞ bir sıra ərəb ölkələrinin dəstəyi ilə çərşənbə axşamı Suriya ərazisindəki "İŞİD", "Cebhat ən-Nusra" və "Xorasan" terror qruplaşmalarının mövqelərinə aviazərbələr endiriblər. Mərkəzi komandanlığının məlumatına görə, zərbələr Qətər, Bəhreyn, İordaniya, Səudiyyə Ərəbistanı və BƏƏ-nin iştirakı ilə Qırmızı dəniz və Fars körfəzinin şimalında beynəlxalq sularda yerləşən ABŞ gəmilərindən endirilib.
Tural




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
Hillari Klinton 2020-ci ildə ABŞ prezidentliyinə namizədliyini irəli sürə bilər
12.11.2018
Misirdə sosial şəbəkələrdə yanlış informasiya yayanlar cəzalanacaq
11.11.2018
Türkiyə HHQ İraqın şimalında 14 terrorçunu məhv edib
11.11.2018
İranın xarici işlər nazirinin maraqlı “tviti”
10.11.2018
Angela Merkel antisemitizmin artmasına görə narahatdır

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10457

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info