Azərbaycan Almaniyaya nota verib
Tarix: 24.09.2014 | Saat: 16:32:00 | E-mail | Çapa göndər


Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Almaniya Bundestaqının deputatlarının və Fransa Senatının nümayəndəsinin Azərbaycanın işğal olunmuş ərazilərinə səfərinə münasibət bildirib. XİN mətbuat xidmətinin rəhbəri vəzifəsini icra edən Hikmət Hacıyev bildirib ki, Almaniya Bundestaqının deputatları Manfred Qrund və Albert Vaylerin Azərbaycanın işğal olunmuş ərazilərinə səfəri ilə bağlı Azərbaycanın Almaniyadakı səfirliyi Almaniya Federativ Respublikasının Bundestaqına məktubla, Xarici işlər Nazirliyinə isə nota ilə müraciət edib.
Səfirliyin notasına cavabında Almaniya XİN-in rəsmisi bildirib ki, AFR hökumətinin Azərbaycanın ərazi bütövlüyünə dair mövqeyi dəyişməyib və AFR Dağlıq Qarabağı Azərbaycanın bir hissəsi hesab edir. AFR XİN-in rəsmisi əlavə edib ki, Almaniya XİN Bundestaqa daim belə səfərlərdən çəkinməyə çağıran və işğal altındakı Azərbaycan ərazilərinə qanunsuz səfər edənlərə qarşı Azərbaycanın prinsipial yanaşması haqqında məlumatlandıran müraciətlər edir.
Almaniya Bundestaqı səfirliyin məktubuna cavabında bildirib ki, sözügedən deputatların səfəri Almaniya Bundestaqının adından həyata keçirilmiş səfər hesab edilə bilməz və səfərlə bağlı xərclər Bundestaq tərəfindən ödənilməyib. Həm Almaniya XİN, həm də Bundestaq bu səfərin deputatların şəxsi təşəbbüsü əsasında baş verdiyini bəyan edib.
H.Hacıyev qeyd edib ki, Azərbaycanın Fransadakı səfirliyi tərəfindən də Fransa Senatının nümayəndəsinin Azərbaycanın işğal olunmuş ərazilərinə səfəri ilə əlaqədar KİV-də 23 sentyabr tarixində verilən məlumat araşdırılacaq və zəruri tədbirlər görüləcək: “Azərbaycan Respublikasının razılığı olmadan işğal olunmuş Azərbaycan ərazilərinə səfərlər Azərbaycan Respublikasının “Dövlət Sərhədi haqqında" qanununun pozulmasıdır. Bu kimi şəxslər Azərbaycan Respublikası tərəfindən “arzuolunmaz şəxslər” siyahısına daxil edilirlər. Azərbaycan Respublikasının qanunlarına və beynəlxalq hüquqa zidd olaraq, Azərbaycanın işğal olunmuş ərazilərinə səfər edən şəxslər öz məsuliyyətlərini dərk etməlidirlər ki, onlar separatizm, etnik təmizləmə, insaniyyətə qarşı cinayətlər, işğal və təcavüzün təşviqinə rəvac verməkdə rol oynayırlar. Eyni zamanda bu şəxslərin əməlləri humanizm prinsiplərinə və beynəlxalq humanitar hüquqa zidd olaraq, işğal olunmuş ərazilərdən qovulmuş bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünün həssas hisslərinə və hüquqlarına qarşı hörmətsizlikdir. Özlərini millət vəkili adlandıran bu kimi şəxslər belə qeyri-humanist və hüquqa zidd əməllərinə görə öz ölkələrinin seçiciləri qarşısında daşıdıqları məsuliyyəti də dərk etməli və onlara hörmət yanaşmalıdırlar”.
Tural




 
Bölməyə aid digər xəbərlər
12.11.2018
Aİ nümayəndəsi: Azərbaycan yaxın zamanlarda insan kapitalının artırılmasına və inkişafına nail olacaq
12.11.2018
KİV-ləri Qərbdəki ayrı-ayrı qüvvələrin maraqlarına tabe etdirməyə çalışanlar...
12.11.2018
Lukaşenko: “Bizim qapılar Azərbaycan üçün açıqdır”
12.11.2018
“Ümid edirik, Paşinyan anlayır ki, Paris Sülh Forumundakı çıxışı Ermənistanın xarici siyasəti ilə tamamilə ziddir”
12.11.2018
MDR kanalı: Almaniyadakı erməni mafiyası bütün ölkə ərazisinə səpələnib

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10455

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info