“Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün digər format yoxdur”
Tarix: 24.09.2014 | Saat: 16:33:00 | E-mail | Çapa göndər


NATO ATƏT-in Minsk qrupunun formatını və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini dəstəkləyir.
“News.am” saytının verdiyi məlumata görə, bu sözləri NATO-nun Cənubi Qafqazdakı ofisinin rəhbəri, səfir Uilyam Lahyu erməni jurnalistin NATO-nun Uelsdəki sammiti zamanı Azərbaycan tərəfinin ATƏT-in Minsk qrupu formatının dəyişdirilməsi məsələsini gündəmə gətirmək cəhdinin olub-olmaması ilə bağlı sualını cavablandırarkən deyib.
U. Lahyu qeyd edib ki, Azərbaycan tərəfinin bununla bağlı öz mövqeyi olsa da, bu vaxtadək ATƏT-in Minsk qrupuna alternativ tapılmayıb.
“Münaqişənin nizamlanması üçün digər format yoxdur. Minsk qrupu yeganə formatdır və bu vaxtadək münaqişənin həllinə yönəlik yeganə təklifdir. Ona görə də NATO ATƏT-in Minsk qrupu formatının mövcudluğunda maraqlıdır”, - deyə o vurğulayıb.
Alyans nümayəndəsi onu da bildirib ki, tərəflər hər hansı digər formatın yaradılması haqda qərar verməyənədək, NATO məhz Minsk qrupu formatını dəstəkləyəcək: “Bir daha xatırlatmaq lazımdır ki, NATO-nun missiyası münaqişələrin həlli deyil, bu, müdafiə xarakterli təşkilatdır. Alyans münaqişələrin nizamlanmasına cəlb olunan digər beynəlxalq qurumlara yardım edir”.
Tural




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
KTMT-nin Ermənistan problemi: Azərbaycan-Belarus əməkdaşlığına rəsmi İrəvanın qısqanclığı
17.11.2018
Parisin qeyri-adekvat siyasəti Fransanın ATƏT Minsk qrupunda iştirakını şübhə altına alır
16.11.2018
Humanist addıma kölgə salmaq istəyənlər uğursuzluğa məhkumdur
16.11.2018
İlqar Orucov: Bu gün Azərbaycanı dünyada uğurla təbliğ edən yüksək hazırlıqlı gənclər ordusu formalaşıb
16.11.2018
Koordinasiya Şurası Türkiyə Səfirliyi ilə əməkdaşlığı genişləndirir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10488

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Monteneqroda Azərbaycanla bağlı sayt fəaliyyətə başlayıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info