Ərdoğan “İŞİD”ə qarşı əməliyyatları dəstəklədi
Tarix: 24.09.2014 | Saat: 16:43:00 | E-mail | Çapa göndər


Türkiyə “İŞİD”ə qarşı əməliyyatları siyasi və ya hərbi üsullarla dəstəkləyə bilər.
“İTAR-TASS”ın verdiyi xəbərə görə, bu barədə Nyu Yorkda jurnalistlərə Türkiyyə prezidenti Rəcəb Tayip Ərdoğan bildirib.
“Biz aparılan əməliyyatları müsbət qiymətləndiririk. Onlar fasiləsiz davam etdirilməlidir. Bizim “İŞİD”ə qarşı aparılan əməliyyatlara dəstəyimiz hərbi və ya siyasi ola bilər”, deyə prezident bildirib.
“Türkiyə əldə etdiyi təcrübəyə əsaslanaraq “İŞİD” ilə mübarizədə əlindən gələni edəcək. Bölgədə hər-hansı bir addım atılarkən Suriya və İraq vahid bir məkan kimi qəbul edilməlidir. Barak Obama belə bir addım atdı və bu düzgün yanaşma idi”, deyə Ərdoğan bildirib.
Qeyd edək ki, Türkiyə hələlik “İŞİD”ə qarşı aparılan əməliyyatları hansı şəkildə dəstəkləyəcəyi ilə müəyyənləşməyib. Türkiyənin Mosuldakı baş konsulluğunun 49 əməkdaşının terrorçular tərəfindən girov saxlanılması səbəbindən Ankara son günlərədək “İŞİD”ə qarşı fəal addımlardan yayınırdı. Lakin sentyabrın 20-də Türkiyə kəşfiyyatının uğurlu əməliyyatı nəticəsində girovlar azad olunub.
Tural




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
İspan qadınlar həm alim, həm də ana olmaq hüququ uğrunda mübarizə aparırlar
21.09.2018
Türkiyə İdlibdəki hərbi qüvvələrinin sayını artıracaq
21.09.2018
Vyetnam Prezidentinin ölüm səbəbi açıqlanıb
21.09.2018
Hindistan İran neftini rupi ilə alacaq
21.09.2018
ABŞ-ın Merilend ştatında silahlı insident nəticəsində azı üç nəfər ölüb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10128

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info