Daha dörd rayonda “ASAN xidmət“ mərkəzləri açılacaq
Tarix: 24.09.2014 | Saat: 17:04:00 | E-mail | Çapa göndər


Bu ilin sonuna kimi Sabirabad və Bərdədə "ASAN Xidmət" mərkəzlərinin açılması gözlənilir. Bunu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN xidmət) sədri İnam Kərimov jurnalistlərə açıqlamasında bildirib.
İ.Kərimov deyib ki, hazırda ölkə Prezidentin tapşırığına əsasən, Sabirabad və Bərdədə "ASAN Xidmət" mərkəzlərinin açılması üzrə intensiv işlər həyata keçirilir: "Bu ilin sonuna qədər həmin mərkəzlərin açılması nəzərdə tutulur. Eyni zamanda, Masallı və Qəbələdə də mərkəzlərin tikintisinə başlanılıb. Yaxın müddətdə regionlarda da "ASAN xidmət" mərkəzləri fəaliyyətə başladıqdan sonra bütün respublika üzrə ərazi məhdudiyyəti tam aradan qaldırılacaq".
O, həmçinin qeyd edib ki, səyyar "ASAN xidmət"lərin göstərilməsi üçün əlavə 8 avtobusun alınması nəzərdə tutulur: "Artıq 2 avtobus növbəti aylarda fəaliyyətə başlayacaq. İlin sonuna kimi digər avtobuslar da fəaliyyət göstərəcək. Avtobuslar vasitəsilə mərkəzin olmadığı şəhər və kəndlərdə vətəndaşlar xidmətlərdən rahat şəkildə faydalana biləcəklər".
Tural




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Reytinq: Bakı dünyanın ən təhlükəsiz 41 şəhəri sırasında yer alıb
22.09.2018
Xüsusi Olimpiya Hərəkatı gənc liderlərin 20-ci Qolobal Forumu keçiriləcək
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10131

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info