Cəza çəkməkdən azad olunmuş gənclər cəmiyyətə inteqrasiya olunacaqlar
Tarix: 24.09.2014 | Saat: 17:07:00 | E-mail | Çapa göndər


“Gənc Hüquqşünas Qadınlar Hüquqi İslahatlar Uğrunda" İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə cəzaçəkmə müəssisələrindən azad olunmuş gənclərin sosial adaptasiyasına və onların reabilitasiyasına yardım etmək məqsədilə "Cəzaçəkmə müəssisələrindən azad olunmuş gənclərin sosial adaptasiyası və onların reabilitasiyası işinin təşkili" layihəsini icra edir.
Layihənin həyata keçirilməsində əsas məqsəd cəzaçəkmə müəssisələrindən azadlığa çıxmağa hazırlaşan gənc məhkumlar arasında maarifləndirmə işinin aparılması, cəza çəkməkdən azad edilmiş gənclərə zəruri hüquqi, psixoloji və sosial xidmətlər göstərilməsi və onların sosial problemlərinin həll olunmasına yardım göstərməkdən ibarətdir.
Layihə çərçivəsində azadlığa çıxan gənclərin maarifləndirilməsi və onlara hüquqi, sosial və psixoloji xidmətlərin göstərilməsi istiqamətində geniş iş aparılır.
Eyni zamanda layihə çərçivəsində “Cəza çəkməkdən azad edilmiş gənclərin sosial adaptasiyası” adlı kitabın və bukletlərin hazırlanması və nəşr edilməsi ilə əlaqədar olaraq hazırlıq işlərinə başlanılıb. Məlumat üçün bildirək ki, kitabda "Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında" Azərbaycan Respublikası Qanununun şərhi, cəza çəkməkdən azad edilmiş gənclər üçün lazımi məlumatlar, məhkəməyə müraciət qaydaları, müvafiq məhkəmə sənədlərinin nümunələri, eləcə də Azərbaycan Respublikasının qanunvericilik aktlarından və məcəllələrdən, müvafiq dövlət orqanlarının normativ-hüquqi aktlarından və beynəlxalq sənədlərdən çıxarışlar və s. məlumatlar öz əksini tapacaq.
Bütün bu göstərilən fəaliyyətlərə paralel olaraq cəmiyyətin keçmiş gənc məhkuma mənfi münasibətinin dəyişilməsi istiqamətində də müəyyən işlər aparılacaq.
Tural




 
Bölməyə aid digər xəbərlər
25.03.2019
Ağsuda zəlzələdən zərər çəkən 11 ev yenidən tikilir
25.03.2019
Süd və süd məhsulları alarkən diqqətli olun
22.03.2019
Birinci qrup əlilliyə görə əmək pensiyası alanlara gələn aydan Prezident təqaüdü veriləcək
20.03.2019
Tovuzda şəhid ailələrinə bayram sovqatı paylanıb
19.03.2019
Məcburi köçkün qəsəbələrində Novruz şənlikləri keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10705

1 Azərbaycan xalqı zəngin mədəniyyətə sahibdir
2 İraqda bərə qəzaya uğrayıb: 71 ölü
3 Paşinyan reytinqini küçə süpürməklə qaldırmaq istəyir?
4 Lado Mehdiyevin xatirəsinə həsr olunmuş badminton turnirinə yekun vurulub
5 Nursultan Nazarbayevin qərarı qazax xalqının firavan gələcəyini təmin edəcək


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info