“Azərbaycan həm ictimai, həm də özəl sahədə yaxşı idarəçilik tətbiq edir”
Tarix: 24.09.2014 | Saat: 17:21:00 | E-mail | Çapa göndər


"Son illər Azərbaycan həm ictimai, həm də özəl sahədə yaxşı idarəçilik tətbiq edir. Azərbaycanda vətəndaşlara dövlət qulluğunun göstərilməsində xeyli irəliləyişə nail olunub". Bunu ATƏT-in İqtisadi və ətraf mühit məsələləri üzrə əlaqələndiricisi Xəlil Yurdakul Yigitgüdən Azərbaycan Respublikasının Avropa Şurası Nazirlər Komitəsində sədrliyi çərçivəsində Bakıda “İnsan hüquqları və qabaqcıl idarəetmə kontekstində dövlət xidmətlərinin göstərilməsi” mövzusunda keçirilən beynəlxalq konfransın açılış mərasimində çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, "ASAN xidmət" mərkəzlərinin yaradılması Azərbaycanın qürur duya biləcəyi nümunələrdəndir.
ATƏT üzvü olan ölkələrdə dövlət qulluğu, vətəndaşlara xidmət, maliyyənin idarə edilməsinin önəmli məsələ olduğunu deyən X.Y.Yigitgüdən bu sahədə təşkilatın gördüyü işlər barədə məlumat verib.
Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsinə sədrliyi ölkənin bu qurumda öz rolunu təqdim etməsinə imkan yaradır. Trend xəbər verir ki, bunu Avropa Şurasının Demokratik təsisatlar və idarəçilik departamentinin rəhbəri Alfonso Zardi Azərbaycan Respublikasının Avropa Şurası Nazirlər Komitəsində sədrliyi çərçivəsində Bakıda “İnsan hüquqları və qabaqcıl idarəetmə kontekstində dövlət xidmətlərinin göstərilməsi” mövzusunda keçirilən beynəlxalq konfransın açılış mərasimində çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, konfransın keçirilməsində məqsəd dövlət qulluğu sahəsində müxtəlif təcrübələri təqdim etməkdir.
A.Zardi qeyd edib ki, bu mövzu bütün Avropa məkanı üçün vacib məsələdir.
AŞ-nin departament rəhərin hesab edir ki, bu konfransın Bakıda keçirilməsi Azərbaycanın digər Avropa dövlətləri ilə dövlət qulluğu sahəsində təcrübə mübadiləsinə, əlaqələrin genişləndirilməsinə şərait yaradacaq.
Tural




 
Bölməyə aid digər xəbərlər
25.04.2019
Problemli kreditlərlə bağlı 3 gündə 31 mindən çox şəxs kompensasiya alıb
25.04.2019
Milli zərgərlik sənətinə yiyələnən gənclərə sertifikatlar verilib - VIDEO
24.04.2019
3 ayda Azərbaycan əhalisinin gəlirləri artaraq 12 milyard manatdan çox olub
24.04.2019
Övladlığagötürmədə bu tələblər də əksini tapacaq
24.04.2019
Yaxın vaxtlarda yataqxanalardakı 1200 məcburi köçkün ailəsi yeni mənzillərə köçürüləcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10759

1 Tarixin ibrət dərsləri...
2 Gülnar Səmanın kitabının təqdimatı keçiriləcək
3 “Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib
4 Artıq bəzi sözlər yeni qaydalar əsasında yazılmalıdır
5 “Israel Hayom” qəzeti: “Azərbaycan müqəddəs Odlar Yurdudur”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info