Ə.Həsənov: “Partlayış nəticəsində uçan blokda olan ailələri mənzillərlə təmin edəcəyik”
Tarix: 24.09.2014 | Saat: 17:50:00 | E-mail | Çapa göndər


Sentyabrın 8-də Xırdalanda partlayış baş verən, məcburi köçkünlərin məskunlaşdığı 4 mərtəbəli binada təmir işləri aparılır. Bunu jurnalistlərə açıqlamasında Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov söyləyib. Ə.Həsənov deyib ki, binanın iki blokundan köçürülənlər tezliklə geri qaytarılacaq: “Partlayış nəticəsində uçan blokda olan ailələri isə mənzillərlə təmin edəcəyik”. Qeyd edək ki, sentyabrın 8-də saat 06:30 radələrində Abşeron rayonunun Xırdalan şəhərində beşmərtəbəli yaşayış binasında partlayış baş verib. Qubadlı rayonundan olan məcburi köçkünlərin məskunlaşdıqları binanın ikinci mərtəbəsindəki mənzildə baş vermiş partlayış barədə daxil olmuş məlumat əsasında FHN və Baş Prokurorluğun rəhbərliyi, rayon prokurorluğunun, rayon Polis Şöbəsinin, FHN-in Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları dərhal hadisə yerində olub, mütəxəssislər cəlb edilməklə hadisə yerinə baxış keçirilib, dağıntılar altında qalan şəxslərin xilas edilməsi istiqamətində təxirəsalınmaz tədbirlər həyata keçirilib.
Aparılmış xilasetmə tədbirləri nəticəsində 8 nəfər - binanın ikinci mərtəbəsində yaşayan 1972-ci il təvəllüdlü İsmayılov Vidadi Yunis oğlu, onun ailə üzvləri - 1972-ci il təvəllüdlü İbrahimova Mətanət Elbrus qızı, 1999-cu il təvəllüdlü İsmayılova Aygün Vidadi qızı, 2001-ci il təvəllüdlü İsmayıl Yunis Vidadi oğlu, 2007-ci il təvəllüdlü İsmayıl Bəkir Vidadi oğlu, birinci mərtəbədə yaşayan 1979-cu il təvəllüdlü Abbasova Könül Tofiq qızı, 2005-ci il təvəllüdlü Abbasov Ayxan Məharət oğlu və üçüncü mərtəbədə yaşayan 2010-cu il təvəllüdlü Abdullayeva Aytac Gülbala qızı dağıntılar altından çıxarılaraq Sumqayıt şəhər Mərkəzi Xəstəxanasına, Bakı Mərkəzi Klinik Xəstəxanasına və Respublika Yanıq Mərkəzinə yerləşdiriliblər. Onlardan yeddisinin stasionar qaydada müalicəsi hazırda davam etdirilir, bir nəfər isə ambulator müayinədən sonra evə buraxılıb.
Hadisə zamanı 1968-ci il təvəllüdlü Abbasova İfayət Bəhram qızı, 1978-ci il təvəllüdlü Abbasov Məharət Bəhram oğlu və 2003-cü il təvəllüdlü Abbasova Aydan Məharət qızı dağıntılar altından çıxarılsalar da, partlayış nəticəsində ağır beton tavanların onların üzərinə düşməsi səbəbindən həyatlarını xilas etmək mümkün olmayıb. Yaralılardan Vidadi İsmayılov sentyabrın 13-də xəstəxana dünyasını dəyişib.
Faktla bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 225.2 (Yanğın təhlükəsizliyi qaydalarını pozma) və 314.2-ci (Səhlənkarlıq) maddələri ilə cinayət işi başlanmış, prokurorluq və FHN-in Əməliyyat-İstintaq İdarəsinin əməkdaşlarından ibarət istintaq qrupu yaradılıb. İş üzrə zəruri istintaq hərəkətləri aparılıb, o cümlədən müvafiq ekspertizalar təyin edilib.
Hadisənin ağır nəticələrə səbəb olması nəzərə alınaraq iş üzrə istintaqın davam etdirilməsi Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinə tapşırılıb.

Nigar




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Səkkiz ayda hər bir sakin 554,5 manatlıq ödənişli xidmətlərdən istifadə edib
21.09.2018
Bakı metropoliteni tarixinin ən böyük sosial layihəsinə start verilir
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib
20.09.2018
Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib
20.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10133

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info