Ramiz Mehdiyevin “Dağlıq Qarabağ: məxəzlərdən oxunmuş tarix” kitabının müzakirəsi keçirilib
Tarix: 24.09.2014 | Saat: 17:51:00 | E-mail | Çapa göndər


Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin “Dağlıq Qarabağ: məxəzlərdən oxunmuş tarix” kitabının müzakirəsinə həsr edilmiş tədbir keçirilib.
Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov kitabın bu günlərdə Moskvada rus dilində çap olunduğunu deyib.
Ə. Həsənov bildirib ki, R. Mehdiyev son 20 ildə onlarla kitab nəşr etdirib və Prezident Administrasiyasında işi ilə bərabər hazırda elmi fəaliyyətini davam etdirir: “Bu, elmi-tədqiqat əsəridir. Ramiz Mehdiyevin yazdığı kitablardan 3-ü sırf Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə həsr edilib. Ramiz Mehdiyev Heydər Əliyevin və prezident İlham Əliyevin həyat və fəaliyyətinə həsr edilmiş kitablar yazıb. Bütün bunlar tarixdir və gələcək nəsillər bu kitablardan bəhrələnəcəklər. Ramiz Mehdiyevin son kitabı əvvəlkilərdən fərqlənir. Bu kitabda bütövlükdə ermənilərin tarixi, bu günü, törətdikləri münaqişələrlə bağlı fundamental tədqiqat aparılıb. Hətta ermənilərin, rusların yazdıqları tarixi faktlara istinad edilib. Ermənilərin bir millət kimi formalaşmasına da toxunulub. Rus tarixçilərindən biri qeyd edib ki, ermənilər yəhudi və qaraçı qanının qarışmasından yaranıb və kitabda bu tarixçiyə də istinad edilir. Bir sıra tarixçilər isə ermənilərin mənşəyinin olmadığını söyləyir. Bu faktlara istinad edilən kitab çox dəyərlidir. Ramiz Mehdiyev bu kitabında ermənilərin iç üzünü açıb ortaya qoyur”.
Dövlət Komitəsinin sədri xatırladıb ki, 2003-cü ildə Heydər Əliyev Xocalı sakinləri üçün tikilən qəsəbənin açılışında deyib ki, vaxt gələcək, tarixi torpaqlarımız Göyçəyə, Zəngəzura qayıdacağıq. Onun sözlərinə görə, prezident İlham Əliyev də çıxışlarında bu məqamı xüsusi vurğulayır: “Ramiz Mehdiyevin kitabında bu məsələlər kompleks əksini tapıb”.
Qubadlı rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov kitabda mühüm tarixi faktların əksini tapdığını qeyd edib. Millət vəkili, Azərbaycan Milli Elmlər Akademiyasının İnsan Hüquqları İnstitutunun direktoru Aytən Mustafayeva bəyan edib ki, ermənilərin satqınlığı böyük qonşulara məlumdur: “Ermənilər lazım olanda rusların, lazım olanda almanların, lazım olanda türklərin tərəfində çıxış edirlər. Satqınlıq bu millətin xüsusiyyətidir. Alimlərin ermənilərin mənşəyi barədə yetkin fikri yoxdur. Ermənilərin yurdları məlum deyil. Ermənilər özlərinə nüfuz əldə etmək üçün yalançı tarix yaratmaq arzusunda olublar. Tarixdə mövcud olan bir dövlətin adını götürüblər. Biz azərbaycanlılar həmişə yumşaq olmuşuq. Baxmayaraq ki, Azərbaycan kəndləri yandırılıb, azərbaycanlılar öldürülüb. Rusiya Azərbaycan Xalq Cümhuriyyətinə müraciət edəndə ki, İrəvanı Ermənistana verin, ermənilər qırğınları saxlayacaqlar, buna inanmışıq. Bu müraciət də bizim əlimizdədir”.
A. Mustafayevanın sözlərinə görə, Ermənistanın himayədarları kənara çəkilsə, Azərbaycanın problemi qısa müddətdə həll edə bilər: “Fransa prezidenti Jak Şirak demişdi ki, Korsikanın heç vaxt Fransadan ayrılmasına imkan verməyəcək, istənilən halda ərazi bütövlüyü qorunmalıdır. Azərbaycana münasibətdə niyə fərqli olmalıdır? Fransada qondarma “ soyqırım” la bağlı qanun da ayrı-seçkilikdir”.

A. Mustafayeva bildirib ki, ermənilərlə faktla danışanda geri çəkilirlər: “Ermənilər qorxaq millətdir, ancaq onlar birləşə bilirlər. Biz rusları qonşuluqdan çıxara bilmərik, Rusiya həmişə təhlükədir. Ramiz Mehdiyevin kitabının rus dilində çıxması həmin auditoriyaya yönəlib”.
Millət vəkili Bəxtiyar Əliyev dә akademik R. Meһdiyevin kitabında elmi əsaslandırmanın əsas götürüldüyünü vurğulayıb: “Dağlıq Qarabağ münaqişəsi sivilizasiyaların toqquşması deyil və akademik Ramiz Mehdiyev də bunu elmi cəhətdən əsaslandırır. Ermənistanda zəlzələ baş verən zaman Azərbaycan yardımını təklif etdiyi halda, xalqımıza qarşı genosid törədilib, azərbaycanlılar borulara doldurularaq boruların hər tərəfi bağlanıb. Bu kitab digər dillərə da tərcümə edilməlidir”.
Xocalı rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov çıxışında deyib ki, iki azərbaycanlının doğma torpaqlarına baş çəkməsi ilə ermənilər qaçırsa, Azərbaycan hərəkətə keçən zaman bütün Qarabağdakı ermənilər qaçacaq.

Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
22.01.2019
Snayperçilərimiz ən çətin atışları icra edib
22.01.2019
Mehman Hüseynov barəsindəki cinayət işinin icraatına xitam verildi
22.01.2019
Azərbaycan alternativ enerji üzrə bir sıra iri layihələr həyata keçirə bilər
21.01.2019
Dənizdəki tufandan sonra SOCAR-ın istehsalat zənciri bərpa olunub
21.01.2019
“Kalkulyator uşaq” xarici və yerli təhsil müəssisələrindən təkliflər alır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Dərslər təxirə salındı
2 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”
3 “Mənim güc mənbəyim Bakıdadır”
4 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
5 Yalçın Topçu: “Türkiyə və Azərbaycan arasında ticarət daha da artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info